Şənbə , Oktyabr 31 2020
Ana səhifə / İqtisadiyyat / Tayvanda uçmuş bina yağ bankalarından tikilibmiş

Tayvanda uçmuş bina yağ bankalarından tikilibmiş

Xəbər verdiyimiz kimi, dünən gecə Tayvanın Taynan şəhərində baş vermiş 6,4 ballıq zəlzələ nəticəsində 17 mərtəbəli bina uçub. Son məlumatlara görə, binanın dağıntıları altından 26 nəfərin cəsədi çıxarılıb, 100-dən çox insan itkin düşmüş sayılır. Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Virtualaz.org saytı yerli mənbələrin məlumatına əsasən xəbər verir ki, xilasedicilər binanın dağıntılarını araşdıran zaman gözlərinə inanmayıblar. Məlum olub ki, bina tikilərkən materiallara qənaət etmək məqsədilə beton bloklar arasındakı boşluqlar adi yağ bankaları ilə doldurulub.

Binanın məhz tikintini aparan şəxslərin cinayətkar səhlənkarlığı üzündən dağıldığı bildirilir.

Həmçinin oxuyun

Manata təhlükə varmı? – ŞƏRH

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini sabit saxlayıb. Bu barədə faiz dəhlizinin parametrlərinə dair …

Bir cavab yazın