Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Tarixin dəhşətli işgəncə metodları: İztirab armudu, dəmir bakirə, İspan eşşəyi – FOTOLAR

Tarixin dəhşətli işgəncə metodları: İztirab armudu, dəmir bakirə, İspan eşşəyi – FOTOLAR

Cəzalandırmaq, edam etmək və ya məlumat almaq üçün tətbiq edilən işgəncələr insanlıq tarixinin yüzlərlə illik bir keçmişinə malikdir.

Bu tarixdə şeytanın belə, ağlına gəlməz deyəcəyiniz acımasız işgəncələr tətbiq olunub. Hazırda dünyada bəzi təşkilatlar belə bu işgəncə üsullarından istifadə edir.

Musavat.com tarixin qorxulu və acımasız işgəncə yöntəmləri haqqında faktları təqdim edir.

Картинки по запросу heretics fork

İkiuclu çəngəl

İki tərəfi də çəngələ bənzəyən, məhkumun boynuna bağlana bilməsi üçün də ortasında kəmər olan bir alətdir. Bu alət məhkumun boğazına bağlandıqda başını daim arxaya doğru tutması lazım gəlir. Əks təqdirdə çənəsi ya da körpü sümüyü deşilə bilər.

demir maske.JPG (47 KB)

Dəmir maska

Bu maska keçmişdə əxlaqsız qadınlara və falçılıq edənlərə taxılırdı. Maskanın ağız hissəsindən içəriyə doğru mismar uzanırdı. Beləcə qadın danışmaq istədiyi zaman mismar onun dilinə batırdı. Bu, bir cəza növü idi.

Картинки по запросу thumb screw torture device

Barmaq vinti

Məngənəyə bənzəyən bir alət olan barmaq vinti bəzi məhkumların barmaqlarını zədələmək, bəzilərininkini isə qoparmaq üçün istifadə olunurdu.

Картинки по запросу бог

Timsah qayçısı

Timsahın ağzına bənzədilən bu alət olduqca uzun və qorxulu bir alət idi. Bu alət əvvəlcə ocaqda qızdırılıb, sonra məhkumun bədəninin müxtəlif yerlərindən parçalar qoparılırdı.

Картинки по запросу ‫شکنجه زنان توسط داعش‬‎

Sinə deşici

Qadınlar üçün özəl olaraq hazırlanan, nadir işgəncə alətlərindən olan sinə deşici olduqca itidir və maşaya bənzəyir. Qadınların sinələrinə zərər vermək üçün hesablanmış bir alətdir.

Картинки по запросу pear of anguish

İztirab armudu

Armuda bənzəyən bu dəmir alət isə məhkumların ağzına soxulurdu. Alətin arxasından burduqca ağzında genişlənən dəmir, məhkumun ağzını parça-parça edirdi.

Картинки по запросу knee splitter medieval torture

Diz deşən

Bu alət ən çox əsirlərin sorğusunda istifadə olunub. Alət çərçivə şəklində içərisi iti deşici dəmirlərlə hazırlanırdı. Məhkumların ayağında yaralar açıb və hətta qopara bilirdi.

Картинки по запросу giljotina

Qilotin

Bu işgəncə üsülü siyahının bəlkə də ən qorxunc və ağır olanlarındandr. Qilotin adı verilən bu alətdə məhkum əli-qolu bağlı uzadılır, yuxarıdan buraxılan iti bıçaq saniyə içərisində məhkumun başını bədənindən ayırır.

Картинки по запросу средневековые пытки

İspan eşşəyi

Bu alətdən İspaniya inkivizasiyası dövründə dövlətin əmrlərinə tabe olmayan şəxslərə qarşı istifadə olunurdu. Həbs edilən şəxs əlləri bağlanılıb, soyundurularaq üçkünc bir taxtanın üzərinə otuzdurulurdu. Ayaqlarına da ağrını hiss etməsi üçün ağır çəki daşları bağlayırdılar.

Картинки по запросу punishment of the sack

Heyvan çuvalı

Romalıların icad etdiy bu işgəncə növü əsasən ana və atasını öldürən şəxslər üçün tətbiq edilirdi. Məhkum it, ilan, pişik, meymun və s. kimi heyvanlarla birlikdə bir çuvalın içinə bağlanıb, dənizə atılırdı.

Картинки по запросу torture devices used in the middle ages

Dəmir kreslo

Üzərində yüzlərlə dəmir tikanları olan bu kresloda oturan məhkumun bədənində eyni anda yaralar açılır. Məhkum elə kreslodaca qanaxmadan ölür.

Картинки по запросу iron maiden torture device

Dəmir bakirə

Dəmir bakirə adlı bu işgəncə aləti Orta Əsrlər dövründə istifadə olunub. İçi tikanlı bir tabutdur. Məhkumları diri-diri bu tabutun içərisinə qoyurdular. Məhkumun iki seçimi olurdu, ya hərəkətsiz qalıb, yaşayacaqdı ya da hərəkət edib, öləcəkdi.

Turan Oruc,

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın