Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Tarixin ən dəhşətli 20 zəlzələsi – FOTOLAR

Tarixin ən dəhşətli 20 zəlzələsi – FOTOLAR

Dünyada son yüz il ərzində müxtəlif ölkələrdə çoxlu sayda dağıdıcı zəlzələr qeydə alınıb. Yeraltı təkanlar zamanı yüz minlərlə insan həyatını itirib, təxminən eyni sayda insan evsiz qalıb.

1933-cü ilin mart ayının 2-də Yaponiyanın Sanriku bölgəsində 8.4 bal gücündə baş verən zəlzələdə 1522 insan ölüb.

2011-ci ilin iyun ayının 23-də Perunun Arequipa bölgəsində 8.4 bal gücündə zəlzələ olub. 150-ə yaxın insan ölüb. Ölkəyə 15.7 milyon dollar zərər dəyib.

2007-ci ilin sentyabrın 12-də İndoneziyanın Cənub Sumatra bölgəsində baş verən 8.4 bal gücündə zəlzələ 23 nəfərin ölümünə səbəb olub.

1923-cü ilin fevralın 23-də Rusiyanın Kamçatka yarmadasında 8.4 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində ölkəyə 1 milyon dollar ziyan dəyib.

1963-cü il oktyabrın 10-da Rusiyanın Kuril adalarında 8.5 bal gücündə zəlzələ olub.

1923-cü il noyabrın 11-də Çilinin Atakama Çölündə 8.5 maqnitudada zəlzələ olub. 1000 nəfər ölüb, ölkəyə 5-25 milyon dollar arası ziyan dəyib.

1938-ci il fevralın 1-də İndoneziyanın Banda dənizində 8.5 bal gücündə zəlzələ baş verib.

Alyaskada Unimak adasında 1946-ci il aprelin 1-də 8.6 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar nəticəsində 173-ə yaxın insan ölüb, adaya 26 milyon dolar zərər dəyib.

Alyaskanın Andreanof adalarında 1957-ci ilin martın 9-da 8.6 bal gücündə baş verən zəlzələ 5 milyon dollar zərərə səbəb olub.

2005-ci il martın 28-də İndoneziyanın Nias adasında 8.6 bal gücündə zəlzələ olub. Dağıdıcı zəlzələ nəticəsində 1314 nəfər ölüb.

2012-ci il aprelin 11-də İndoneziyada Hind okeanı, Şimali Sumatra bölgəsində 8.6 bal gücündə dağıdıcı zəlzələ baş verib. 10 nəfər həyatını itirib.

Tibetin Assam bölgəsində 1959-ci ilin avqustun 15-də baş verən dağıdıcı zəlzələ nəticəsində 3300-ə qədər insan ölüb. Ölkəyə 25 milyon dollar zərər dəyib.

Alyaska Rat adalarında 1965-ci il fevralın 4-də 8.7 bal gücündə zəlzələ olub. Adaya 10 min dollar ziyan dəyib.

Kolumbiya-Ekvadorda 31 yanvar 1906-ci il tarixində 8.8 bal gücündə zəlzələ olub.1500-ə qədər insan həyatını itirib.

Çilinin Maule bölgəsində 2010-ci ilin fevral ayının 27-də baş verən 8.8 bal gücündə zəlzələ nəticəsində 525 insan ölüb, ölkəyə 15-30 milyard dollar zərər dəyib.

1952-ci il noyabrın 4-də Rusiyanın Kamçatka yarımadasındə 9 bal gücündə dağıdıcı zəlzələ olub. 10000-15000-dək insan həyatını itirib, yarımadaya 17 milyon dollar ziyan dəyib.

3 noyabr 2011-ci ildə Yaponiyanın Tohoku bölgəsində 9.1 bal gücündə zəlzələ qeydə alınıb. Dağıdıcı zəlzələ nəticəsində 15894 nəfər həyatını itirib, ölkəyə 150 milyard dollar zərər dəyib.

2004-ci il dekabrın 26-da Hind Okeanında 9.1 bal gücündə zəlzələ olub. Sahil zonasında yerləşən ölkələrdə 230000-280000-dək insan həyatını itirib. Həmçinin həmin ölkələrə 8.7 milyard dolar ziyan dəyib.

28.03.1964 tarixində Cənubi Alyaska 9,2 bal gücündə zəlzələ ilə silkələnib. Hadisə nəticəsində 139 nəfər ölüb, yarımardaya 311 milyon dolar ziyan dəyib.

1960-ci il may ayının 22-də Bio-Bio(Valdivia) – Çilidə baş verən 9.5 bal gücündə zəlzələ nəticəsində 6000-ə qədər insan həyatını itirib. Ölkəyə isə 800 milyon dollar zərər dəyib.

AzVision.az 

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın