Şənbə , İyun 10 2023
Ana səhifə / İqtisadiyyat / Tarif Şurasının iclaslarının keçirilməsi qaydası dəyişdi

Tarif Şurasının iclaslarının keçirilməsi qaydası dəyişdi

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının iclaslarının keçirilməsi qaydası dəyişib.
Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, bu vaxta qədər Şuranın iclasları onun üzvlərindən azı səkkiz nəfər iştirak etdikdə baş tutmuş sayılırdı.
Bu tələb doqquza qaldırılıb. Yəni bundan sonra Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq.

Həmçinin oxuyun

Deputat: “Azərbaycanda bank faizləri 14%-dən başlayır ki, bu da çox yüksək həddir”

Ekspert: “İqtisadiyyatımız əsasən neftdən asılı olduğu üçün inam yüksək deyil və banklar öz risklərini qabaqlamaq …