Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / TAP-ın Avropanın qaz idxalında payı açıqlanıb

TAP-ın Avropanın qaz idxalında payı açıqlanıb

2021-ci ilin birinci rübündə Trans-Adriatik qaz kəməri (TAP) ilə Avropa İttifaqına 10 teravatt-saata yaxın təbii qaz tədarük olunub. Bu, regionun ümumi idxal həcminin 1,2 faizini təşkil edir.

Trend bu barədə Avropa Komissiyasının hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, TAP İtaliya, Yunanıstan və Bolqarıstanın Azərbaycan qaz mənbələrinə çıxışını təmin edən “Cənub Qaz Dəhlizi”nin əsas elementidir: “TAP-ın işə düşməsi sayəsində bəzi dövrlərdə, məsələn 2021-ci il yanvarın 23-24-də İtaliya şimal-qərbi Avropaya qaz ixrac edib ki, bu da qış dövrü üçün kifayət qədər unikal hadisədir”.

Avropa Statistika Agentliyinin məlumatlarına əsasən, 2021-ci ilin birinci rübündə Aİ-nin xalis qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz (2,5 milyard kubmetr) azalıb, eyni zamanda isə daxili istehsalın azalması ilə yanaşı qaz istehlakı artıb.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …