Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Tanınmış azərbaycanlı iş adamı həbs olundu

Tanınmış azərbaycanlı iş adamı həbs olundu

Rusiyada “Uxtaneftqazgeologiya” ASC-nin keçmiş baş direktoru, Azərbaycan diasporunun Komidəki liderlərindən olan biznesmen Arif Sayadov barəsində məhkəmə hökmündən hər iki tərəf şikayət verib.
APA-nın “kommersant”a istinadən verdiyi məlumata görə, prokurorluq “Uxtaneftaqazgeologiya” şirkətinin keçmiş baş direktoru ilə bağlı verilmiş 4 il azadlıqdan məhrum etmə qərarını həddindən artıq yumşaq hesab edir.
Müdafiə tərəfi isə müttəhimə tam bəraət istəyir.
Arif Sayadov özü də günahsız olduğunu bildirir. Bundan başqa, keçmiş baş direktorda onkoloji xəstəlik qeydə alınsa da, nümayəndələrinin bildirdiyinə görə, o, lazımi yardım almır.
Qeyd edək ki, 65 yaşlı A. Sayadova qarşı bu ilin avqustunda Uxta şəhər məhkəməsində ittiham irəli sürülüb. O, milyonlarla vəsaitin mənimsənilməsi və çirkli pulların yuyulmasında ittiham edilir.
Onun vəkilləri isə qeyd ediblər ki, ittihamlar əsassızdır, söhbət ancaq sənədləşmə zamanı yol verilən səhvlər nəticəsində ortaya çıxan rəqəmlərdən gedir.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın