Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / TANAP Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq

TANAP Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq

Transanadolu boru kəməri (TANAP) layihəsi Türkiyənin regiondakı strateji əhəmiyyətini artıracaq və Azərbaycandan qaz ehtiyatlarının Avropa bazarlarına daxil olmasına xidmət edən enerji dəhlizi açacaq.

Bunu “Trend”ə TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, TANAP Türkiyənin enerji təhlükəsizliyinin təmin olunması məqsədilə reallaşdırılan və onun gələcəkdə enerjiyə artan tələbatının ödənilməsi baxımından ən vacib layihələrdəndir:

“Təkcə məşğulluq baxımından layihənin reallaşdırıldığı müddətdə 15 mindən çox adam üçün iş yerləri açılıb və açılmaqda davam edəcək. Onlar birbaşa və ya dolayı yolla tikinti ilə əlaqədar olanlar, əlavə xidmətlər göstərənlər, boru istehsalında və digər sahələrdə məşğul olanlardır. Çox sayda sazişləri türkiyəli podratçılar alıb”.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …