Çərşənbə , Noyabr 29 2023
Ana səhifə / İqtisadiyyat / Talıbovlara bağlı daha bir şirkət ləğv olundu

Talıbovlara bağlı daha bir şirkət ləğv olundu

“Nəxşicahan Med” MMC (VÖEN – 0200728171) ləğv olunduğunu elan edir.
Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Naxçıvan şəhəri, N.Əliyev küçəsi, ev 5 ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, “Nəxşicahan Med” MMC 2014-cü ilin aprelin 17-də dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 8 manatdır və qanuni təmsilçisi Samirə Süleymanovadır.
Onu da bildirək ki, son zamanlar Naxçıvada “Gəmiqaya” və “Nəxşicahan” adları ilə mövcud olan onlarla şirkət arasında birləşmə və parçalanmalar qeydə alınıb.
Bu şirkətlərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması ilə bağlı mətbuatda çoxsaylı yazılar yayımlanıb.

Həmçinin oxuyun

Möhbalıyev “həmkarlara” ayrılan vəsaitin artırılmasını istədi – Putyovkalar 30 faiz bahalaşdı

Bir neçə gün əvvəl parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının …