Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Tailandın yeni ekstravaqant kralı – Düşükbel şalvar, top mayka, döymə

Tailandın yeni ekstravaqant kralı – Düşükbel şalvar, top mayka, döymə

Tailandın 89 yaşlı kralının dünən vəfat etməsindən sonra onun yerinə yeganə varisi olan 64 yaşlı oğlu Maha Vajiralongkorn keçəcəyi açıqlandı.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri bəyanat verib.

Kralın oğlu ilk dəfə 2009-cu ildə həyat yoldaşı ilə Münhenə səfəri zamanı imici ilə dünya mediasının manşetlərində yer almışdı. Beldən aşağı şalvar, top kofta və döymələri ilə sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olan Maha 3 dəfə evli olub və 7 uşaq atasıdır. Atasından qalan 35 milyard avronun tək varisi olan Vajiralongkornun adı mətbuat üçün o qədər də yad deyil. 2009-cu ildə itinə etdiyi ad günü şənliyinin video görüntüləri dünya KİV-ində yer almışdı.

Bundan başqa, WikiLeaks 2011-ci ildə varisin səhhətinin ürəkaçan olmadığını, QİÇS-dən əziyyət çəkdiyini yazmışdı. WikiLeaks, eyni zamanda Mahanın psixi durumunun da qaydasında olmadığını iddia etmişdi.

Şayiələrə görə isə, varis narkotik istifadəçilərinin sevimli məkanı olan Pxanqan adasının sahibidir.

 

Tailandın yeni ekstravaqant kralı -  Düşükbel şalvar, top mayka, döymə
Tailandın yeni ekstravaqant kralı -  Düşükbel şalvar, top mayka, döymə

Həmçinin oxuyun

Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Bəzi tikinti materialları ucuzlaşıb.  Sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində …

Bir cavab yazın