Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Tacikistanda yenidən ara qarışdı

Tacikistanda yenidən ara qarışdı

Tacikistanda hökumətə qarşı çıxan ölkənin sabiq müdafiə naziri müavini general Abdulhalim Nazarzodanın 4 tərəfdaşı öldürülüb.

ANS PRESS-in məlumatına görə, Vaxdat rayonunda keçirilən əməliyyatlar nəticəsində azı 17 nəfərin həbs olunduğu bildirilir.

Əməliyyatlar nəticəsində üsyançılara məxsus çoxlu sayda silah-sursat da ələ keçirilib. Məlumata görə, hazırda generalın 100-ə yaxın tərəfdarı hökumət qüvvələrindən qaçaraq gizləməyə davam edirlər.

Tacikstan hökuməti general Abdulhalim Nazarzodanı ötən cümə günü 20-dən çox insanın ölümü ilə nəticələnən silahlı basqınlar təşkil etməkdə ittiham edir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın