Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Təyyarənin küləyi turist qadını öldürüb

Təyyarənin küləyi turist qadını öldürüb

Qəraib adalarından biri olan Sint-Marten adasında hava limanının uçuş-eniş zolağı turistlərin çox sevdiyi çimərliyin bilavasitə yaxınlığında yerləşdiyindən, təyyarələr, demək olar ki. adanın qonaqlarının başı üzərindən uçaraq yerə enirlər.

Virtualaz.org “BNO News” nəşrinə istinadən xəbər verir ki, cəmi 30 metr hündürlükdə uçan irigövdəli təyyarələri izləmək üçün çox vaxt turistlər ehtiyat tədbirlərini unudaraq, daha effektli şəkil və ya video çəkmək üçün çox yaxına gəlirlər.

Belə turistlərdən biri – 57 yaşlı Yeni zelandiyalı qadın hasardan bir əli ilə tutaraq, təyyarənin enişini telefonuna çəkmək istərkən, hava gəmisinin küləyi onu yerindən qopararaq, beton dirəyə çırpıb. Qadın hadisə yerində dünyasını dəyişib.

Bildirildiyinə görə, hadisə dünən axşam, “Caribbean Airlines” aviaşirkətinin 457 saylı reysi həyata keçirən təyyarənin enişi zamanı qeydə alınıb.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın