Ana səhifə / İqtisadiyyat / Tək bir kitab Hillari Klintonu prezidentliyə həsrət qoya biləcəkmi?

Tək bir kitab Hillari Klintonu prezidentliyə həsrət qoya biləcəkmi?

Elşən Mustafayev: “Hesab edirəm ki, bu cür kitabın dərc olunması, əksinə, Hillari Klintonun nüfuzunu artıracaq”
“Zənnimcə, bu piar demokratlar tərəfindən təşkil olunub”

“The Daily Mail” qəzeti yazır ki, Hillari Klinton birinci ledi olarkən onun mühafizəsində olmuş məxfi agent birinci ailənin sirlərini faş edən kitab yazıb.
Kitabda deyilir ki, “vulkan” temperamentinə malik xanım Klinton ara-sıra ərinə qarşı zorakılıq nümayiş etdirərmiş və guya 1995-ci ildə baş vermiş növbəti dava-dalaşdan birində prezident Bill Klinton-un gözünü qaraldıbmış.
Özünün “Xarakter böhranı” (Crisis of Character) kitabında Ağ Evin keçmiş agenti Gary Byrne-ün yazdığına görə, vəziyyət elə şəkil alıbmış ki, hətta Məxfi Xidmət prezidenti öz xanımından qorumaq məsələsini müzakirə etməli olubmuş.
Kitabın “New York Post” qəzetində dərc olunmuş hissələrindən birində deyilir ki, Ağ Evin işçilərindən Nancy Hernreich prezidentin gözünün qaralması səbəbi barədə soruşanda Bill Klintonun qəhvəyə allergiyalı olduğunu söyləyibmiş.
“The Daily Mail” yazır ki, bu kitabın indi dərc olunması prezidentliyə namizədlik kampaniyasına görə Clinton üçün o qədər də arzuolunan deyildi, çünki o, kitabda ipə-sapa yatmayan, zaman-zaman özünə nəzarəti itirən və zorakı olan bir şəxs kimi təsvir edilir.
Byrne öz kitabında elə açıqca yazır ki, xanım Klinton bu xasiyyətlə dövlətə rəhbərlik etmək üçün münasib şəxs sayıla bilməz.
Məqalədə deyilir ki, kitab hazırda Amazonun siyahısında 1-ci yeri tutur. “The Daily Mail” yazır ki, Hillary Klintonun seçki düşərgəsi bu kitabda yazırlanları yalan və uydurma adlandırıb. Kampaniyanın rəhbəri Nick Merril deyib ki, bu cəfəng kitabı kitab mağazasının “Fantastika” bölümündə rəfə qoymaq lazımdır.
ABŞ-dakı prezident seçkilərinin favoriti sayılan Hillari Klintona bəxş edilən bu “sürpriz” onun seçki kampaniyasına necə təsir göstərəcək?
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, bu cür məsələlərlə ABŞ cəmiyyətini təəccübləndirmək mümkün deyil: “Belə olsaydı, Monika Levinskaya məsələsinə görə Bill Klintona impiçment elan olunardı. Hər halda, həmin hadisə bundan daha səsli-küylü idi. Məişət zəminində baş verən hadisənin ABŞ-dakı namizədin ziyanına istifadə olunmasına cəhdlər çox olub, amma alınmayıb. ABŞ-da mediada dərc olunan hansısa korrupsiya faktının ifşası ilə deyilən nəticəni əldə edə bilərlər. Mən hesab edirəm ki, bu cür kitabın dərc olunması, əksinə, Hillari Klintonun nüfuzunu artıracaq. Zənnimcə, bu piar demokratlar tərəfindən təşkil olunub”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın