TƏBİB-in tabeliyində fəaliyyət göstərən “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.
Yeniavaz.com-un xəbərinə görə, Dövlət Satınalmaları Portalında yerləşdirilən məlumatda göstərilib ki, “İnnovasiya və Təchizat Mərkəzi”nin avtomobil satın almaq məqsədiylə keçirdiyi tender müsabiqəsinin qalibi “Toyota-Bakı Mərkəzi” MMC olub.
Lakin, qeyd edək ki, bir gün sonra həmin məlumatlar Dövlət Satınalmalar Portalından silinib.
Məlumat üçün bildirək ki, “Toyota-Bakı Mərkəzi” MMC tanınmış iş adamı İsgəndər Xəlilova məxsus “İSR Holdinq” şirkətlər qrupuna daxildir.
