Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / SWIFT-dən ayrılacaq Rusiya banklarının siyahısı genişləndiriləcək – Borrel

SWIFT-dən ayrılacaq Rusiya banklarının siyahısı genişləndiriləcək – Borrel

“SWIFT” Beynəlxalq banklararası ödəniş sistemindən ayrılacaq Rusiya banklarının siyahısının genişləndiriləcək.

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrell Panamaya səfəri zamanı jurnalistlərə deyib.

“SWIFT sistemindən çıxarılacaq daha çox Rusiya bankı olacaq. Enerji sektorunda biz Rusiya neftinin idxalına təsir edəcək tədbirlər axtarırıq”, – deyə C.Borrel bildirib.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson mayın 3-də Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketinin müzakirə ediləcəyini bildirib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …