Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / İqtisadiyyat / Şuşada ilk yaşayış binalarını tikən şirkət 2 milyon zərər edib

Şuşada ilk yaşayış binalarını tikən şirkət 2 milyon zərər edib

Şuşa şəhərində ilk yaşayış binalarını tikən şirkət – “Conco” QSC ötən ilin böyük zərərlə başa vurub.
Belə ki, “Conco” QSC 2022-ci ili 1 milyon 934 min manat xalis zərər ilə başa vurub.
Qeyd edək ki, şirkət 2021-ci ili 2 milyon 616 min manat xalis zərərlə başa vurub və ötən il “Conco” QSC-nin xalis zərəri 681 min manat və ya 26% azalıb.
Məlumat üçün bildirək ki, ötən il şirkət Şuşa şəhərində salınacaq ilk yaşayış massivinin inşasına görə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən 14,7 milyon manat vəsait alıb.
“CONCO” QSC bütün növ binaların tikintisi, neft, qaz və sənaye müəssisələrin tikintisi, infastruktur, artizan quyularının qazılması, isitmə, soyutma və havalandırma sistemlərinin quraşdırılması üzrə xidmətlər göstərir.
2 min manat nizamnamə kapitalı olan “Conco” QSC-nin qanuni təmsilçisi Şıxseyidov İlham Ağa oğludur. 3 mart 2015-ci ildə dövlət qeydiyyatına alınan QSC-nin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81A, m. 1/2/3″dür. Yeniavaz.com

Həmçinin oxuyun

Sığorta yığımlarında KƏSKİN ARTIMİN SƏBƏBİ?

“Mərkəzi Bankın açıqladığı son hesabata əsasən, yanvar-avqust ayları ərzində sığorta şirkətləri tərəfindən ötən illə müqayisədə …