Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Suriyadan sonra Rusiyanın yeni hədəfi Liviya ola bilərmi?

Suriyadan sonra Rusiyanın yeni hədəfi Liviya ola bilərmi?

Rusiya qoşunlarının Suriyadakı vətəndaş müharibəsinə hərbi müdaxilə edərək vəziyyəti nisbətən də olsa öz müttəfiqi Bəşər Əsədin xeyrinə dəyişməsi yeni suallar doğurdu. Rusiyanın yeni hədəfi Liviya ola bilərmi?

Ərəb Baharı inqilabından bir neçə il keçməsinə baxmayaraq Liviya hələ də bir dövlət olaraq əvvəlki ərazi bütövlüyünü təmin etməkdən acizdir.

Qərb ölkələrinin dəstəklədiyi hökümət nəinki ölkənin bütövlüyünü hətta paytaxyt Tripolidə belə sabitliyi təmin etmək iqtidarında deyil.

Dövlət institutlarının mövcud olmaması və ya öz funksiyalarını yerinə yetirə bilməməsi ucbatından ölkə radikal İslamçı qruplaşmalarının yeni platsdarmına çevrilib.

Hazırda Liviya daxilində əsas idarəçilik funksiyası “Çiçəklənən Liviya” adlı İslam koalisiyası tərəfindən həyata keçirilir.

Hökümətlə əldə edilən “razılığa” əsasən koalisiyanın döyüşçüləri ölkə daxilində, habelə paytaxtda silahlı milis rolunu oynayırlar.

Əslində isə koalisiyaya daxil olan döyüşçülərin hamısı olmasa belə əksəriyyəti radikal Əl-Qaidə qruplaşmasının maraqlarına xidmət etməkdədir.

Əgər son 2 ildə ölkənin idarəçilik sistemində baş verən dəyişikliklərə nəzər saldıqda bütün idarəçilik funksiyalarının pillə-pillə və metodik şəkildə İslamçılar tərəfindən zəbt edildiyini görmək mümkündür.

Belə davam etdiyi təqdirdə qısa bir müddət sonra Tripolidə fəaliyyət göstərən “demokratik” hökümət bütün səlahiyyətlərindən məhrum ola bilər.

Ölkə daxilində iki hakimiyyətliliyin (Tripoli və Tobruk) hələ də ortaq konsensusa gələ bilməməsi daxili separatçılığı və ən əsası İŞİD pərəstişkarlarının daha da güclənməsinə gətirib çıxarır.

Bu fürsətdən istifadə edən Rusiya bu ərazidə özünün Qərbli həmkarlarının təsirinin güclənməsində maraqlı deyil.

Tobrukda hakimiyyət sürən hökümət kabineti artıq hər kəsə məlum olan general Xəlifə Həftarı yeni qurulan Liviya ordusunun baş komandanı təyin edib.

Məhz general Həftarın səyləri nəticəsində ölkənin şərq hissəsi (neftlə zəngin olan) İslamçılardan təmizlənmişdi.

Bir çox mənbələr generalın bu uğurunu, rəsmi Kremlin birbaşa olmasa belə, dolayısı dəstəyi ilə mümkün olduğunu iddia edirlər.

Mənbələrə görə Rusiya, Tobruk hökümətinə 4 milyard dinar məbləğində pulu dövriyəyə buraxması üçün xeyli səy göstərmiş və bununla da Tobruk milli bankının Tripolidəki milli bankla yenidən birləşməsinə şərait yaratmışdır.

Bu o deməkdir ki, rəsmi Moskva general Həftara yeni dövlət institutlarının qurulması üçün yardım göstərir.

Şərqi Liviya hökümətinin əas neft yataqlarını idarə etdiyini, böyük maaliyyə vəsaitinə sahib olduğunu və nizami orduya malik olduğunu nəzərə alsaq, Tobruk mərkəzli hökümət pillə-pillə də olsa vahid Liviyanın bərpa etmək şansına malikdir.

Qərb ölkələrinin Liviyadakı böhrana laqeyd yanaşması nəticəsində Rusiya bölgədəki təsirini hər keçən gün daha da gücləndirməyə müvəffəq olur.

Obama administrasiyası Liviyada daha da şiddətlənən radikal İslam dalğasını sözdə tənqid etsə də ABŞ növbəti bir ildə Liviyada heç bir hərbi əməliyyata birbaşa qoşulmayacaq.

Bu daha çox prezident Obamanın bundan öncəki Yaxın Şərq siyasətinin tamamilə iflasa uğraması ilə bağlıdır.

Digər aparıcı Qərb ölkələri – Fransa, Almaniya və Böyük Britaniya da hazırda Liviya və Yaxın Şərqdən daha çox daxili problemlərini həll etməyə çalışırlar.

Problemlərdən ən böyüyü çox yaxın zamanda İngiltərənin Avropa İttifaqındakı üzvlüyü ilə bağlı keçiriləcək olan referendumdur.

Qərb ölkələrini narahat edə biləcək əsas məqam, siyasi qarışıqlıqdan istifadə edən Rusiya hər vəhclə xaos içində yaşayan Yaxın Şərq ölkələrini öz təsir dairəsinə qaytarmaq üçün mümkün olan bütün vasitələrdən istifadə etməsidir.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın