Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Suriyada islamçıların daha bir qəddarlığı: ata 7 və 9 yaşlı qızlarını “canlı bomba”ya çevirdi

Suriyada islamçıların daha bir qəddarlığı: ata 7 və 9 yaşlı qızlarını “canlı bomba”ya çevirdi

Suriyada radikal islamçı terrorçuların qəddarlığı, murdar əməlləri sanki hüdud tanımır, onlar az qala hər gün dünyanı daha çox heyrətləndirməyə nail olurlar.

Virtualaz.org xəbər verir ki, bu dəfə “Daily Mail” qəzeti Suriyanın paytaxtı Dəməşqdə İŞİD üzvü olduğu ehtimal edilən atanın 7 və 9 yaşlı iki qızını necə “canlı bomba”ya çevirdiyini, onları intiharçı terror hücumu həyata keçirməyə yola saldığı barədə kadrları yayıb. Kadrlar evdə çəkilib, murdar ata öz azyaşlı qızlarının üzərinə bomba bağlayaraq üstündən gödəkçələrini geyindirir, onu islam uğrunda cihada yola salır. Uşaqların anası isə onları ölümə göndərməzdən qabaq son dəfə qucaqlayır. Başlarına gələcəklərdən xəbərsiz azyaşlılar isə valideyinlərinin onları dəhşətli ölümə göndərdiyini yəqin heç ağıllarına da gətirmirlər…

 

 

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın