Ana səhifə / İqtisadiyyat / Suriya türkmənləri Rusiya mərmilərindən qaçırlar

Suriya türkmənləri Rusiya mərmilərindən qaçırlar

Rusiya ötən ay Suriyanın şimal-qərbindəki Türkmən dağlarına hava zərbələri endirəndən bəri ölkənin türkmən etnik azlığından 5 min nəfər evlərindən didərgin düşüb. Bir çoxları Türkiyənin Suriya ilə həmsərhəd Hatay əyalətinə keçiblər, lakin burada onların acı taleyi Türkiyə ilə Rusiya arasında davam edən diplomatik qarşıdurmada tamam unudulub.

25 yaşlı Sürəyya və onun ailəsi, nəhayət noyabrın son həftəsində öz kəndlərini ataraq Hatay vilayətinə gəlib.

Son vaxtlaradək onun Türkmən dağlarındakı kəndini böyük Suriya müharibəsində heç kim tanımırdı. Lakin sonra Rusiyanın hərbi təyyarələri kəndi bombalamağa başladı.

“Biz qorxumuzdan təndirimizi qalaya bilmirdik, – deyir Sürəyya, – Elə ki, axşam düşürdü, biz bombardmançıların evi görməməsi üçün bütün işıqları söndürürdük”.

Mərmi kənd məsçidini vuranda bu ailə nəhayət köçməyə qərar verib.

Sürəyya, onun valideynləri, bacıları və səkkiz aylıq uşağı Türkiyə sərhədinə yaxın kəndə gəliblər. Sürəyyanın əri kənddə qalıb ki, ailənin malqarasından göz-qulaq olsun.

Mədəniyyət qadağası

Ailə bu kənddən dağlar qoynudakı evlərini görür və atəş səslərini eşidir.

Image captionSürəyya: Biz daha müharibə istəmirik

Sürəyya və onun ailəsi Suriya türkmənləridirlər. Sünni müsəlman olan bu etnik qrup dil baxımından Türkiyəyə yaxındır.

Onların sayı barədə etibarlı məlumat yoxdur, lakin Suriyada, haradasa, 200 minlə 3, 5 milyon arasında türkmənin olduğu düşünülür.

Üsyan başlananda çoxları müxalifətə qoşuldular, çünki Əsəd rejiminə nifrət vardı. Suriya hökuməti türkmənlərlə Türkiyənin casusları kimi rəftar edir və onların mədəniyyətini sıxışdırıdı.

“Küçədə və məktəbdə bizə yalnız ərəbcə və ingiliscə danışmaq icazəsi verilmişdi. Odur ki, uşaqlarımız türkmən dilini öyrənə bilmirdilər” – deyir Sürəyyanın atası, əkinçi Əbu Həsən.

“Bu, türkmənlərin etirazlara qoşulmasının səbəblərindən biri idi” – deyir o.

2012-ci ilədək türkmənlər artıq öz silahlı briqadalarını yaradaraq ölkə boyunca müxtəlif cəbhələrdə döyüşürdülər.

Türkiyə onlardan öz dəstəyini əsirgəmirdi, türkmən briqadalarını “qardaş” adlandırır və onların mötədil müxalifət olduğunda israr edirdi.

Buna baxmayaraq, bəzi məlumatlara görə, bu briqadalar əl-Qaedaya bağlı cihadçı ən-Nüsra qruplaşması ilə sıx əlaqələrə malik idi.

Ziddiyyətli iddialar

Türkmən siyasi qruplaşmaları – Suriya-türkmən məclisinnin üzvü Hüsamə Solak bu əlaqələri inkar etmir.

Image copyrightGetty Images
Image captionTürkmən qiyamçılar Hələbdə döyüşürdülər

“Hal-hazırda bizim iki böyük düşmənimiz var: Suriya rejimi və Daeş, – deyir o, – Biz Nüsra Cəbhəsinə kömək edirik, onlar da bizə kömək edirlər. Onlar İslam Dövləti kimi deyillər”.

Sürəyyanın atası Əbu Həsən rusların guya İslam Dövlətinin döyüşçülərinə zərbə endirdikləri barədə iddilarını rədd edir.

“Bizim kəndlərimizdə İD yoxdur, – deyir o, – Onlar bura gəlmişdilər, lakin biz onları geri oturtduq və onlar çıxıb getdilər”.

Amma belə dəlillərin, görünür, Moskva üçün əhəmiyyəti yoxdur. Xüsusən də noyabrın 24-də Türkiyə qırıcısı Rusiya təyyarəsini Türkmən dağları üzərində vurandan bəri Rusiya hava zərbələrini şiddətləndirib.

Burada həm də Hizbullahdan və İrandan dəstək alan Suriya qoşunları ilə türkmən qiyamçılar arasında döyüşlər gedirdi.

“Daha cana doymuşuq”

Evlərindən didərgin düşmüş azı 4500 türkmən burada Türkiyəyə bitişik Suriya ərazisində türklər tərəfindən salınmış düşərgədə yaşayır.

Türkiyə Qırmızı Aypara rəsmiləri narahatdırlar ki, döyüşlər davam edərsə, daha 15 min insan qaçqın düşə bilər.

Türkiyənin 2 milyonluq Suriya qaçqın ordusunu yerbəyer etməyə çalışdığı bir vaxtda, Rusiya ilə onun arasında yaranmış böhran Ankara üçün heç də yerinə düşməyib.

Sərhəddə Sürəyya və onun kimi minlərlə insan taleyin əlində çarəsiz vəziyyətə düşüb.

“Biz daha kimin kimlə vuruşduğunu bilmirik, – deyə ağlamsınır Sürəyya, – Daha cana yığılmışıq. Biz sadəcə olaraq istəyirik ki, onlar bombardmanı dayandırsınlar və biz kəndlərimizə qayıda bilək”. BBC

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın