Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / İqtisadiyyat / Surda işıq və su kəsilib, amma sakinlər şəhəri tərk etməyi rədd edir

Surda işıq və su kəsilib, amma sakinlər şəhəri tərk etməyi rədd edir

Diyarbakırın mərkəzində yerləşən Sur rayonu 2015-də Türkiyə təhlükəsizlik qüvvələri ilə Kürdistan Fəhlə Partiyası (PKK) arasında aylarla davam edən döyüşlərdən sonra dağılıb.

Amma bəzi ailələr evlərini qoyub getməyi rədd edir. Onlar dövlətin təmin etdiyi maddi yardımın çox az olduğunu deyir. Rayona işıq və su təchizatı kəsilib. Bu isə o deməkdir ki, onların işıqları yoxdur və ailələr ehtiyaclarını qarşılamaq üçün rayona başqa yerlərdən su daşımalıdır.

İşıq olmadığına görə, gecələr Surun Əli Paşa və Laləbəy məhəllələri tamamilə qaranlıq olur. Yeganı işıq mənbəyi isə bir neçə küçə fənəridir. Sakinlər bu fənərlər altında toplaşıb, bir məsələni müzakirə edirlər: rayonun təmizlənmə məsələsini.

İki məhəlllə evakuasiya edilib.

Maddi yardım alan bəzi ailələr Surdan həmişəlik köçüb gedib. Maddi yardımın az olduğunu deyən digər ailələr isə hüquqi yollara baş vurub. Amma hətta onlaırn işi məhkəmədə olsa belə, bəzi sakinlər getməyə məcbur edilib. Amma yenə də, şəhəri tərk etməyi rədd edən bəziləri qalıb. Bu isə hökümətin Surda su və işığı kəsməsinə gətirib çıxarıb.

Rayonda qalan sakinlər gündəlik ehtiyaclrının qarşılamaq üçün başqa yerləedən su daşıyır və yatanadək küçə lampalarının altında oturur. Vəziyyət artıq üç gündür belədir, sakinlər isə çox məyusdur.

Bir evdə 19 başqa insanlar birlikdə yaşayan Camal Tauirak deyir ki, “onlar işıq və suyu kəsərək biz getməyə məcbur etmək istəyirlər. Onlar mənim 135 kvadrat metrlik evin üçün 87 min lira, yəni təxminən 24 min ABŞ dolları ödəyir. Bu evdə 20 insan yaşayır. Bu pulla biz hara gedə bilərik? Biz hara gedəcəyimizi bilmirik, biz çarəsizik. Biz yoxsuluq, ona görə də, burada yaşayırıq”.

Sıtkı Aktaş isə su daşımaqdan bezdiyini deyir.

“Görürsünüz, necə çirkliyik. Mən heç namaz qıla bilmirəm. Su yoxdur, işıq yoxdur. Mənimlə birlikdə dörd övladım yaşayır. Ümumilikdə isə 20 nəfərik. Onlar mənə 105 min lira verdi. Mən bu pulla hara gedə bilərəm? Səhərdən məsciddən su daşıyıram”, Aktaş deyir.

Su çatışmazlığından isə ən çox qadınlar əziyyət çəkir, çünki bu, onların evdə görə biləcəkləri işləri məhdudlaşdırır.

Cahidə Toprak Amerikanın Səsinə deyib ki, susuz və işıqsız vaxt keçmir.

Təhlükəsizlik səbəbilə, küçə fənərləri hələ ki işləyir.

Amma artıq Ramazan başladığına görə, sakinlər daha da narahatdır. Su və işığın olmaması səbəbilə onlar üçün oruc tutmaq çox çətin olacaq.( (“Amerikanın səsi”)

Həmçinin oxuyun

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 466 daşınmaz əmlak obyekti alıblar ki, bu da …

Bir cavab yazın