Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Süni ət təbii əti əvəz edə bilərmi? – Ekspert

Süni ət təbii əti əvəz edə bilərmi? – Ekspert

Əhali sayının artması fonunda təbii resursların sayının azalması hazırda dünyanı alternativ protein qaynaqlarının üzərində işləməyə məcbur edir. Artıq bir çox ölkələr ətin laboratoriyada istehsalı ilə məşğul olmağa başlayıblar. Belə ki, onlar bu üsulla heyvanları öldürmədən 1-2 santimetr ölçüdə əldə olunan biopsilərdən laboratoriyada “təmiz ət”, yəni, süni ət istehsalını reallaşdırıblar.
BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı isə 2030-cu ilədək süni ətin ümumilikdə ətə olan tələbatın ancaq 10 faizini təmin edə bləcəyini proqnozlaşdırır.
“Micrasoft”un qurucusu Bill Qeyts isə bir kitabının təqdimatında insanları heyvan yetişdirməkdənsə, süni ət istehsaletməyə çağırıb. Alimlər təbii ətin istehlakının yaratdığı fəsadları göstərmək üçün, sadəcə olaraq 1 kiloqram ətin ərsəyə gəlməsi üçün israf olunan təbii sərvətlərdən və digər zərərlərdən haqda danışırlar:
– 1 kiloqram qırmızı ət üçün 15 ton su sərf olunur;
– Heyvanların 1 kiloqram çəki alması, böyüdülməsi üçün 178 kv metrlik otlaq sahəsinə ehtiyac var;
– 1 kiloqram ətin istehsalı 300 kiloqram CO2-nin (karbondioksit) meydana gəlməsi ilə nəticələnir.
Digər məsələ ondan ibarətdir ki, hətta xəstə olmayan heyvanlara antibiotiklər vurulur. Aparılan arşadırmalar isə göstərir ki, həmin heyvanların əti ilə qidalanarkən antibiotiklər insanların da orqanizminə daxil olur.
Artıq qonşu Türkiyə də bu istiqamətdə addımlayır və süni ət istehsalı üçün müəyyən addımlar atır.
Qida üzrə ekspert Elsevər Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, ölkəmizdə nə süni ət istehsalı, idxalı, nə də ki, süni ət istehlakına ehtiyac var. Ekspert bunun səbəbini süni məhsulların insan orqanizminə mənfi təsiri ilə əlaqələndirir. O bildirir ki, elmi araşdırmalar da süni ətin nə qədər ziyanlı olmasını göstərir:
“Süni ət yalnız bitki mənşəli komponentlərdən ibarət deyil, o həm də süni-kiməyvi birləşmələrdən alınan məhsuldur. Burada müəyyən qədər zülalı hidrolizatlardan istifadə olunur. Zülallı hidrolizatların da böyük qismi soyadan əldə olunur. Soya xammal olaraq həm yağ, həm də zülali birləşmələrin istehsalı üçün istifadə edilir. Təbii ətin tərkibi isə tək zülaldan ibarət deyil. Onun tərkibində kifayət qədər digər inqridiyent var”.Ekspertin sözlərinə görə, məhz bu səbəblərdən süni yolla əldə edilən ət qidalanmaq üçün yolverilməz hesab edilməlidir.
E.Fərzəliyev ölkəmizdə təbii ətin istehsalı üçün kifayət qədər şəraitin olduğunu da vurğulayıb:
“Heyvan kəsilmək üçün yetişdirilir. Biz kənd təsərrüfatını inkişaf etdirib təbii ət istehsalını həyata keçirtməliyik. Təbii ət istehsalının həyata keçirilməsi üçün bizim düşmən tapdağından azad olunan Qarabağımız var. Qarabağda heyvandarlığın inkişafı üçün çox əlverişli bir mühit var. Həmin ərazilər minadan təmizləndikdən sonra biz orada bu işləri görə biləcəyik. Qarabağın potensialından istifadə edilərək ərzaq bolluğu yaradılacaq. Bu resurslardan istifadə edərək həm iri, həm də xırda buynuzlu heyvandarlığı inkişaf etdirə bilərik. Quşçuluğun inkişafı üçün də Qarabağda çox uyğun bir şərait var. Biz bu yollarla ət çatışmazlığının qarşısını almağa çalışmalıyıq”.
Daha sonra ekspert balanslaşdırılmış qida məsələsinə də toxunub:
“Ət xammalı, yaxud da ət xammalından hazırlanan digər məhsullardan aldığımız, orqanizm üçün vacib olan qida inqridentlərini əsasən bitki mənşəli xammallardan almağa üstünlük vermək lazımdır. Günlük balanslaşdırılmış qida rasionu var. Bu zaman insan istehlak etdiyi miqdarda inqrident qəbul etməlidir”.
Bir qədər də araşdırmalara nəzər yetirək:
Dünyada hər il 56 milyard heyvan insanların qidalanması üçün öldürülür. Bu rəqəmlərə balıq və digər dəniz heyvanların sayını da əlaqə etsək, rəqəmlər 150 milyarddan da çox olacaq. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının hesabatına görə, təkcə 2002-ci il hesabatnda 1 ildə 133 milyon ton dəniz canlısı istehlak olunub. Sonrakı illərdə isə bu rəqəm daha da artıb. 2018-ci ildətəkcə ABŞ-da 9.59 milyard heyvan insanların qidalanması üçün öldürülüb. Ət ixracı üçün isə ayrıca olaraq ABŞ-da hər il 8 milyard heyvan öldürülür.
Aparılan hesablamalara görə veqan və vegeterian insanlar ildə 95, bir ömür boyu isə minlərlə belə heyvanın həyatını xilas etmiş olur. Rəqəmlərin bu qədər yüksək olmasının səbəbi isə sənaye heyvandarlığıdır. İnsanlar özləri hələ qədim dövrlərdə heyvan ovladıqları vaxt bu qədər heyvan insanın qidalanması üçün öldürülmürdü.
Lakin fermaların yaradılması, belə heyvanların həyət evlərində böyüdülərək saxlanılması isə bu heyvanların kütləvi sürətdə öldürülməsinə səbəb oldu.
 Heyvandarlığın inkişafı ətin qiymətinin enməsində və daha çox şəxsin ət almağa əlçatanlığının təmin olunmasında faydası olsa da, zərərləri də az olmadı. Milyardlarla insanın ət istehlakı 10 milyardlarla heyvanın öldürülməsinə səbəb oldu.
Təbii ət istehlakının artması sadəcə olaraq bu səbəbdən deyil, həm də ekoloji zərərlər baxımdan da planetimiz üçün çox təhlükəli mənbəyə çevrildi. Araşdırmalara görə, böyük baş heyvanlar atmosferə karbondioksid və metan qazlar ötürür ki, bu da qlobal istiləşməyə təsirsiz ötüşmür.
 Ət istehsalının səbəb olduğu əsas itkilərə nəzər yetirək:
Kənd təsərrüfatı sahələrinin 80 faizdən çoxu ət istehsalı üçün yetişdirilən heyvanlara görə istifadə edilir. Şirin su qaynaqlarımızın isə 20 faizdən çoxu məhz bu heyvanların yetişdirilməsi üçün istifadə olunur.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …