Çanaqqalanın Kəmər kəndi yaxınlığında su borusundakı patlayışla əlaqədar qazıntılar zamanı ortaya çıxanlar görənləri təəccübləndirdi.
Milli.Az haberler.com-a istinadən bildirir ki, borunu təmir etmək üçün qazılan yerdən 3 qəbir çıxıb.
Faktla bağlı dərhal polis və Arxeologiya Muzeyi İdarəsinin səlahiyyətlilərinə məlumat verilib.
Qəbirlərin hansı dövrə aid olduğu haqda araşdırmaya başlanılıb.