Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Stratfor: “Putin təhlükədədir, İqor Seçin onun ciddi rəqibinə çevrilir” 

Stratfor: “Putin təhlükədədir, İqor Seçin onun ciddi rəqibinə çevrilir” 

Son illərdə Rusiyanın energetikasdan gəlirləri azaldıqca “Роснефть” öz mövqelərini təcavüzkarcasına möhkəmləndirir. Neft nəhəngi energetika sektorunda bölgünü dəyişdirmək, öz rəqibi “Qazprom”un təbii qaz ixracatına monopoliyasının axırına çıxmaq üçün öz nüfuzundan yararlanmağa ümid edir. “Роснефть”in artan nüfuzu onun başçısı İqor Seçinə şəxsi rəqibləri ilə münaqişəyə başlamaqla energetika siyasəti hüdudlarından kənara çıxmaq imkanı verib ki, bu da Rusiya prezidenti Vladimir Putinin reaksiyasını doğura bilər. Lakin Putin Seçini vəzifədən götürməyi qət etsə, nəticələr RF energetika sektorundan kənara çıxaraq tamamilə başqa miqyaslar qazanacaq. Amerikanın Stratfor özəl kəşfiyyat-analitika şirkətinin “Апостроф”un sərəncamında olan hesabatında bundan danışılır.

Rusiya prezidenti Valdimir Putin 2000-ci illərin əvvəli-ortasında hakimiyyəti möhkəmləndirməyə başlayanda həm də ölkənin energetika sektorunu bərkidib. Putin iki böyük energetika şirkəti – “Роснефть” və “Газпром”un yaradılmasına hamilik edib. Onlar meydana çıxıdğı andan bəri Kremlin ən qiymətli aktivi olub və gəlirləri Rusiya dövlət büdcəsinin yarısını bağlayıb və yanacaq qiymətinin yüksək olduğu dövrlərdə ÜDM-in 25%-i təşkil edib.

Hətta 2014-cü ilin ortalarında neft qiymətləri düşdükdən sonra “Роснефть” və “Газпром”un gəlirləri azalsa da, RF-nin strateji aktivi olaraq qalır. Ancaq gəlirin azalması Kreml elitasını piroqun ən böyük tikəsini əldə etmək uğrunda rəqabətə məcbur edib. Və ən təcavüzkar rəqib iddialı menecer İqor Seçinin rəhbərliyi altındakı “Роснефть” olub. “Роснефть” öz rəqibi “Газпром”u hər cür qabaqlamağa cəhd edib ki, energetika sektorunda və bütünlükdə Rusiyada nüfuzunu gücləndirsin.

 

“Роснефть”in inkişafı

 

“Газпром” uzun müddət Kremlin energetika tərəfdaşı olub, Rusiya təbii qazının ixracatında monopoliyanı saxlayıb. “Газпром”un qaz ixracatı bazarındaklı hakim durumu keçmiş sovet respublikaları, həmçinin Avropa və Türkiyə ilə münasibətlərdə Moskvanın səmərəli aləti olub. Lakin qazın dünya qiymətlərinin düşməsi, həmçinin Avropada, Avrasiyada və Yaxın Şərqdə energetika tədarüklərinin şaxələndirilməsi üzrə bir sıra layihələr “Газпром”un bu bölgələrdə işlərin durumuna təsir qabiliyyətini məhdudlaşdırıb, bu da öz növbəsində Kremlin mövqeyini zəiflədib.

Və “Роснефть” yaranmış durumdan faydalanıb. İndi rəqibi zəifləyərkən şirkət yeni aktivləri ələ keçirməyə başlayıb. “Роснефть” hətta Putin ictimai şəkildə çəkindirəndən sonra da 2016-cı ilin oktyabrında böyüklüyünə görə ölkənin altıncı şirkəti “Башнефть”i  almaq üzrə saziş bağlayıb. Nəhayət, “Роснефть” “Башнефть”i  almaq icazəsinin əvəzində öz aktivlərinin böyük qismini özəlləşdirməkdə Kremlə razılıq verməklə qalib gəlib.

“Роснефть” “Газпром”la rəqabətini sürətlə inkişaf etdirib. İyunda direktorlar şurasının iki üzvünü “Газпром”a loyal, yeni səhmdarlar içindən seçilmiş iki adamla əvəzləyib. Və indi daha öz energetika zonasında qalmağa marağı olmayan neft şirkəti “Газпром”un uzun müddət yönəltdiyi təbii qaz sektoruna göz dikib. “Роснефть” qaz hasilatını 2012-ci ildəki 2 milyard kubmetrdən 2016-cı ildəki 67 milyard kubmetrədək artırıb. Bu rəqəm 2020-ci ilə doğru isə 100 milyarda yetəcək. Bu, “Газпром”un hasilat həcminin dörddə birindən hələlik azdır, amma “Газпром”un qaz hasialtı sektorunda bölüşməyə hazır olduğu paydan xeyli çoxdur. Bundan başqa, “Роснефть” öz rəqibinin Rusiya və xaricdəki müştərilərini şirnikləndirmək üçün qiymət təyinində daha çevik mexanizmlər təklif edir ki, bu da “Газпром”u əsəbiləşməyə və bu nümunəni izləməyə məcbur edir.

 

Boru kəmələrinin gücü və siyasi rıçaqlar

 

“Роснефть”in strategiyası siyasi mövqeyi möhkəmlətmək üçün özünün yüksələn statusundan yararlanmaqdan ibarətdir. Şirkət Misir, Liviya, Hindistan, Venesuela, Almaniya, Suriya və Çin kimi xarici ölkələrlə getdikcə daha fəal əməkdaşlıq edir. “Роснефть”in Kremlin xahişi ilə bu cür davrandığı və yaxud şəraitin bu cür uğurlu biçimləndiyi hələlik aydın deyil, amma necə olur-olsun, indi “Роснефть”in fəaliyyəti Moskvanın xarici siyasət hədəfləri ilə əsaslı şəkildə üst-üstə düşür və ona siyasi təsir rıçaqları verir.

“Роснефть”in əsas hədəflərindən biri “Газпром”un boru kəmərləri üzrə təbii qaz ixracatına son qoymağa Kremli inandırmaqdır. Həm də şirkət Seçinin başçılığı ilə müəyyən tərəqqiyə nail olub. Rusiya KİV-ləri avqustun əvvəlində xəbər verib ki, “Роснефть” Rusiya Təhlükəsizlik Şurasının iqtisadi və sosial sahələrdə təhlükəsizlik üzrə komissiyası ilə qapalı görüş keçirib.  Komissiya qaz ixracatını liberallaşdırmağı tövsiyə edib, Rusiya Federal Antimonopoliya Xidməti isə təxmin edir ki, bu cür liberallaşdırma artıq 2018-ci ildə baş verə bilər, amma Energetika Nazirliyi 2020-ci ilə işarə edir.

Qaz ixracatının mərhələli liberallaşdırılması “Роснефть” üçün son dərəcə sərfəli olar, ona əvvəlcə diqqəti Asiyaya gedən boru kəmərləri ilə ixracata cəmləşdirmək imkanı verərdi. “Газпром” indi Çinə mavi yanacaq tədarükü üçün inşa edilən “Sibirin gücü” boru kəmərini istifadə edəcək yeganə şirkət olmaq cəhdində qətiyyətlidir.  Lakin Pekin Rusiyanın energetika nəhəngləri arasındakı rəqabətdən uduşu hesablayır. “Роснефть” son aylarda təbii qaz sahəsində Çin şirkətləri ilə bir sıra sazişlər imzalayıb və bölgədə bütün bölgələrdə tam liberallaşmaya qapı açacaq liberallaşdırmada qəti addıma ümid edir. Yuksələn rəqabət çinlilər, avropalılar və türklərə səmərə gətirir.

 

Seçin şəxsiyyətlərə keçir

 

“Роснефть” in bir sıra maliyyə və siyasi uğurlarını onun rəhbərinin özünə inamı möhkəmləndirib. Rusiyanın ağırçəkili siyasiləri ilə çoxillik münasibətlər saxlayan və FTX ilə güclü ittifaqa malik olan Seçin indi artan nüfuzundan istifadə edir ki, düşmənlərini nişangaha götürsün. 2016-cı ildə Rusiya iqtisadiyyat naziri Aleksey Ulyukayev rüşvətxorluq və şantaj ittihamı ilə həbs edilib – ola bilsin, postsovet Rusiyasında ən səs-küylü həbs idi.

Ulyukayev Seçin və “Роснефть”-lə uzun illər mübarizə aparan Putin tərəfdarlarının böyük düşərgəsinə mənsub idi. Ulyukayev məhkəmədə iddia edib ki, Seçin və FTX ona badalaq gəliblər (tərəfdarının, ehtimal ki, Seçinin quraşdırdığı  həbsinə münasibətdə Putinin mövqeyi aydın deyil).

Seçin bu yaxınlarda Putinin başqa bir silahdaşı – “Роснефть”i  Çeçenistanda zavod inşası üzrə öhdəlikləri pozmaqda ittiham edən Çeçenistan başçısı Ramzan Kadırovla siyasi cəngə girişib. “Роснефть” ittihamı rədd edərək bildirib ki, texniki araşdırma aparır. Lakin münaqişə “Роснефть”lə yatırım olmaması səbəbindən “Роснефть” dən RF-nin bu bölgəsindəki aktivlərini respublika hökumətinə verməyi çoxdan tələb edən Çeçenistan arasında daha dərin qarşıdurmanı üzə çıxarıb. Bu arada Seçinin FTX-dəki silahdaşları respublika təhlükəsizlik qüvvələrində daha nüfuzlu durum uğrunda mübarizə aparırlar.

Seçin “Башнефть”in keçmiş sahibini – “Sistema” SMŞ yatırım şirkətini guya “Башнефть”ə vurduğu ziyana görə məhkməyə verərək bizneslə şəxsi qisası daha bir arenada qarışıq salıb. Məhkəmə avqustda “Sistema” SMŞ-i “Башнефть”in yenidən qurulması zamanı aktivlərini ondan götürdüyünə görə “Роснефть”ə 2,3 milyard dollar ödəməyə məcbur edib.

 

“Neft çarı” çox uzağa gedib?

 

“Роснефть”in nüfuzunun sürətlə genişlənməsi və Seçinin bir sıra qələbələri Seçinin öz üzərinə gücüyetməz vəzifə götürüb-götürmədiyi haqda suallar doğurur. “Роснефть”in Rusiya energetika sektorunda önəmli payı və Seçinin FTX-də və oliqarxlarla çoxsaylı əlaqələri nəzərə alınmaqla, ola bilsin, “neft çarı” Putindən sonra böyüklüyünə görə ikinci adamdır.  Müxtəlif səbəblərə görə isə – iqtisadi geriləmədən tutmuş siyasi mübarizə və sosial problemlərədək – Putin Rusiya daxilində müxtəlif qruplar tərəfindən getdikcə daha çox təhlükə duyur. Öz iddiaları xatirinə çox şeyə getməyə hazır olan Seçin bu qruplar arxasında duran əsas mühərriklərdən birinə çevrilir.

Putin artıq göstərib ki, Kreml elitasının önəmli təmsilçilərini, hətta on illər boyu Seçin kimi onun tərəfində olanları da aradan götürməyə hazırdır. Lakin Seçin güclü müttəfiqləri və geniş nüfuzu ilə həmin gücarxdır (rusca iki sözün hecalarından yaranan söz: sil-ovik-oliq-arx-) ki, yıxılmaq üçün son dərəcə böyük çıxa bilər. Onun çöküşü “Роснефть” dən və şəxsi əlaqələrindən  çox uzaqlarda əks-səda verərək bütünlükdə Rusiyada sabitliyi təhdid edə bilər.

ABŞ özəl kəşfiyatı qeyd edir ki, lakin Rusiya KİV-ləri və müşahidəçilərin məlumatına görə, Putin nüfuzlu tərəfdarlarından öz ətrafında divar ucaldır – Kadırov, “Rostex”in başçısı Sergey Çermezov,  prezident köməkçisi Vladislav Surkov, baş nazir Dmitri Medvedyev, Dövlət Duması spikeri Vyaçeslav Volodin, maliyyəçi Yuri Kovalçuk və başqaları bunların içindədir. Onun silahdaşlarının əksəriyyətinin Seçində olan güclü aktivlər olmasa da, hər halda Putinə əlavə imkanlar verirlər. Məsələn, Rusiya prezidenti zəifləyən “Газпром”un başına siyasətcə güclü Medvedyevi qoya bilər. O, artıq yeni yaradılmış və birbaşa Putinə tabe olan Milli Qvardiyanı inkişaf etdirir və son nəticədə FTX-yə əks-tarazlıq ola bilər.

Bütünlükdə Seçin və “Роснефть” Kreml daxilində hakimiyyət uğrunda daha böyük mübarizənin tərkib hissəsidir. Rusiya getdikcə daha da qeyri-sabit olur və buna görə də Putini onun idarəçiliyini təhdid edə biləcək gerçək siyasi rəqib qarşısında görünmək getdikcə daha çox təhdid edir. Seçinin intişar tapan nüfuzu və “Газпром”la “Роснефть” arasındakı qarşıdurma siyasi təhlüklələrin qaranquşu ola bilər.

Tərcümə Strateq.az-ındır.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın