Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / ŞTAZİ-i haqda yeni məlumat: Gizli polis təşkilatının Qərbi Almaniya millətçiləriylə əlaqəsi aşkarlandı

ŞTAZİ-i haqda yeni məlumat: Gizli polis təşkilatının Qərbi Almaniya millətçiləriylə əlaqəsi aşkarlandı

Almaniyanın tanınmış  mətbuat orqanı – “Deutsch Welle” maraqlı məlumat dərc edib.

Məlumat görə, keçmiş Almaniya Demokratik Respublikasının təhlükəsizlik işləri üzrə dövlət xidməti (ŞTAZİ) Qər-bi Almaniyada neonasizm ideologiyasını təmsil edən radikal millətçilər içərisində casusluq şəbəkəsi yaradıbmış.

“Deutsch Welle” qeyd edir ki, ŞTAZİ casusluq  üçün xeyli sayda radikal millətçi toplamağı planlaşdırırmış. Şərqi Almaniyanın gizli polis təşkilatı ilə yaxından çalışan 40-dan çox radikal millətçinin olduğu aşkar edilib.

Şərqi Almaniyanın təhlükəsizlik agentliyindən əldə edilən məlumata görə, Qərbi Almaniyanın dövlət orqanlarına çalışan bəzi radikal millətçilər ŞTAZİ-yə Almaniya Federativ Respublikasının daxili kəşfiyyatı haqqında məlumatlar göndərməyi də bacarıblar. Qərbi Almaniya, Avstriya və Şimali İtaliyanın vilayətlərində mövcud olan alman millətçilər haqqında ŞTAZİ-yə məlumat göndərən şəxslərə əmək haqqı da verilirmiş.

Keçmiş Almaniya Demokratik Respublikasının Qərbi Almaniyada bəzi radikal millətçiləri casus kimi toplaması isə bir neçə səbələ əlaqələndirilir:

  1. Şərqi Almaniyanın sərhədlərinə radikal alman millətçilərinin (Neo-nasistlər) hücumlarının qarşısını vaxtında almaq;
  2. Şərqi Almaniyada fəaliyyət görsədən radikal millətçi cəmiyyətləri dayandırmaq. Çünki Şərqi və Qərbi Almaniyanın  radikal millətçiləri bir-birləri ilə  sıx bağlantılar yaratmışdılar.

“Deutsch Welle” həmçinin, bir vacib məlumatı da qeyd edib: ŞTAZİ-nin sənədləri sırasında 1980-ci ilin sentiyabrında Münhen şəhərində radikal millətçi səxs tərəfindən törədilmiş terror hadisəsi ilə bağlı məlumatlara rast gəlinib.

Xatırladaq ki, 2014-ci ildən bəri Alman Federal Prokurorluğu bu terrorla bağlı gizli sənədlər üzərində işləyir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın