Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Stalinin sevimli avtomobili 200 milyona satılır – FOTO

Stalinin sevimli avtomobili 200 milyona satılır – FOTO

Satıcı avtomobilin tamamilə bərpa edildiyini bildirib

Qazaxıstanın Şımkent şəhərinin sakini ZİS-110 minik avtomobilinin satışa çıxarıb. Publika.az xəbər verir ki, elan kolesa.kz avtomobil portalında yerləşdirilib. Satıcı avtomobilin tamamilə bərpa edildiyini bildirib. Avtomobilin qiyməti 200 milyon tengədir (təxminən 1 milyon 100 min dollar). Elanda göstərilib ki, 1956-cı il istehsalı olan ZİS-110 6 litrlik mühərrikə və mexaniki sürət qutusuna malikdir. Qara rəngli avtomobilin salonu dəridən ibarətdir. Məlumdur ki, ZİS-110 keçmiş SSRİ lideri İosif Stalin üçün xüsusi olaraq yaradılmışdı. Avtomobilin konstruksiyası Stalinin çox xoşuna gələn ABŞ-ın “Pakkard” avtomobilinə oxşardır. ZİS-110 II Dünya müharibəsindən sonrakı ilk avtomobilidir. 13 illik istehsal tarixində (1945-1958) bütün modifikasiyaların 2089 nüsxəsi buraxılıb.

avto stalin1

avto stalin2

Həmçinin oxuyun

“Dövlət büdcəsində əsas 4 sahəyə nəzər yetirəcəyik” – DEPUTAT

“2021-ci ilin büdcə layihəsinin Milli Məclisə təqdim edilməsinin gecikməsinin səbəbi ərazilərin işğaldan azad edilməsi ilə …

Bir cavab yazın