Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “SSRİ-nin dağılmasını Rusiya rəhbərliyi istəyirdi” – Qorbaçov

“SSRİ-nin dağılmasını Rusiya rəhbərliyi istəyirdi” – Qorbaçov

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov hesab edir ki, Sovet İttifaqının süqutuna Belovej razılaşmasının tərəfləri, ilk növbədə Rusiyanın o vaxtki rəhbərliyinin şəxsi ambisiyaları və rəyasətpərəstliyi səbəb olub.

Qorbaçov İnterfax-a müsahibəsində bildirib ki, o vaxt SSRİ-nin dağılmasının qarşısını almaq olardı.

“Desentralizasiya aparmaq lazım idi, belə ki, yeni respublikalar həm iqtisadi, həm də sosial istiqamətdə çox inkişaf etmişdirlər. Onlar faktiki olaraq sərbəst dövlətlərə çevrilmişdilər. Bunu nəzərə almaq lazım idi”, – sabiq prezident deyib.

Qorbaçovun sözlərinə görə, ölkəni dağıtmaq istəyənlərin qarşısını almaq mümkün olmadı.

“Mən ilk dəfə ağrı ilə xatırlatmaq istəyirəm ki, İttifaqı cəmiyyətin gözü önündə dağıdırdılar. Mən hər yerdə İttifaqın saxlanılmasına çağırırdım, xalq isə susurdu. Hər şeyi başa düşən ziyalılar da susurdular. Niyə? İnandılar ki, MDB də dövlətlər İttifaqı olacaq”, – SSRİ-nin keçmiş prezidenti qeyd edib.

“Onlar prezident olmaq istəyirdilər. İttifaqın dağılmasını ən çox Rusiya rəhbərliyi istəyirdi”, – Qorbaçov qeyd edib. (Oxu.az)

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın