Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Son günlər əmək müqavilələrinin sayının artmasının səbəbi AÇIQLANDI

Son günlər əmək müqavilələrinin sayının artmasının səbəbi AÇIQLANDI

“Bu ilin əvvəlinə Azərbaycanda işsiz əhali beş faiz təşkil edirdi ki, bu da 250 min insan idi. Onların 90 min nəfəri ötən ilin dekabrında qeydiyyata düşmüşdü. Yanvarın 1-nə olan məlumata əsasən,101 min insan qeydiyyata düşüb”. 

Oxu.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hesablamalara əsasən, 250 min insanın 50 mini ödənişli iş yerlərinə yönəldiləcək:

“Təqribən 200 min insanı bu vasitə ilə dəstəkləyə biləcəyik. Lakin müraciətlərin analizi göstərəcək ki, bu insanlardan nə qədəri sosial ödəniş almır. Onlar qeydiyyata düşdükcə onların hansısa müavinət, pensiya və subsidiya və ya başqa ödənişlər alması məlum olacaq.

Bunun üzərindən real rəqəmi deyə biləcəyik. Bu gün biz bilmirik ki, kim harada işləyir. Yalnız əmək müqaviləsi ilə işləyənləri bilirik”. 

Nazir bildirib ki, son 10 gündə əmək müqavilələrinin sayının 30 min artmasının iki səbəbi var:

“Birinci səbəb əməkhaqqı fonduna görə dövlət dəstəyinin verilməsi, ikinci isə çölə çıxmağa görə işçilərə icazələrin alınması ilə əlaqə idi”.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …