Cümə axşamı , May 26 2022
Ana səhifə / İqtisadiyyat / Son bir ildə Azərbaycan Rusiyadan daha çox hansı məhsulları idxal edib? (SİYAHI)

Son bir ildə Azərbaycan Rusiyadan daha çox hansı məhsulları idxal edib? (SİYAHI)

Ukrayna-Rusiya müharibəsindən sonra Rusiyanın ticari əlaqələri olan dövlətləri narahat edən bir məsələ ortaya çıxıb. 
Belə ki, Rusiyadan bu ölkələrə göndərilən məhsullara tətbiq edilən bir çox qadağaların növbəti dövrlərdə olan ticarət əlaqələrinə necə təsir edəcəyi müzakirə mövzusu olub. 
Rusiya ilə ticarət əlaqələri olan ölkələr sırasında Azərbaycan da var.  Bəs son bir ildə Rusiyadan Azərbaycana hansı məhsullar daha çox idxal olunub?
Qaynarinfo bunu öyrənmək üçün araşdırma aparıb. 
Əldə etdiyimiz rəsmi məlumatlara əsasən, 2021-ci ilin mart ayından 2022-ci ilin martına qədər Rusiyadan Azərbaycana idxal olunan məhsullar sırasında birinci yerdə dənli bitkilər dayanır. Belə ki, ötən bir il müddətində Azərbaycana bu ölkədən 325,48 milyon dollar dəyərində dənli bitkilər idxal olunub. İkinci yerdə, oduncaq və ondan hazırlanan məhsullar və ağac kömürü dayanır.  Bu məhsulların ümumi dəyəri 209.75 milyon dollar olub. Siyahıda üçüncü yerdə dəmiryol və tramvay nəqliyyat vasitələrindən başqa, yerüstü nəqliyyat vasitələri və onların hissələrinin idxalı dayanır. Bu məhsulların bir illik idxal dəyəri 91.02 milyon dollar olub. Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, onların hissələrinin idxal dəyəri isə  90.72 milyon dollar olub.  
Rusiyadan idxal oluna kağız və karton məhsullarının həcmi isə 63.64 milyon dollar təşkil edib. 
Bu ölkədən Azərbaycana ən çox qida, gigiyena, əczaçılıq məhsulları idxal edildiyini nəzərə alsaq, həmin məhsulların idxal statistik göstəricisi belədir:
Kakao və ondan hazırlanan məhsullar 46.18 milyon dollar, taxıl, un, nişasta və süddən hazırlanan məhsullar, un qənnadı məhsullar isə 39.79 milyon dollar təşkil edib.  Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlar isə 16.29 milyon dollar, süd məhsulları: quş yumnurtası, təbii bal, başqa yerdə təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları 15.02 milyon dollar, tərəvəz və bəzi meyvə köklülər və kök yumruları 11.89 milyon dollar , əczaçılıq məhsulları 25.27 milyon dollar, alkoqol və alkoqollu içkilər, sirkə 19.21 milyon dollar, ətdən və balıqdan hazırlanan hazır məhsullar 22.54 milyon dollar təşkil edib. Sabun və yuyucu vasitələri, sürtkü vasitələri, süni və hazır mumlar, təmizləmə və cilalama üçün tərkiblər, şamlar və anoloji məhsullar, plastilin, ”diş müalicəsi mumu” 21.33 milyon manat, tütün və tütün sənaye əvəzediciləri 7.45 milyon dollar təşkil edib. 
Rusiyadan Azərbaycana ən az idxal olunan məhsullar isə müvafiq olaraq xalçalar və digər toxunma döşəmə örtükləri, foto və kino məhsulları, mantar və ondan hazırlanan məhsullar olub. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 09 mart 2022-ci ildə xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman imzalayıb.
Rusiyanın dövlət başçısı bəzi məhsulların və xammalın idxalının qadağan olunacağı dövlətlərin siyahılarını iki gün ərzində müəyyən etməyi tapşırıb.
O, həmçinin dekabrın 31-dək Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulmasını təmin etməyi tapşırıb, onların siyahısını hökumət müəyyən edəcək.
Sənəd həmçinin Rusiya Federasiyası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şəxsi istifadə üçün məhsulların və ya xammalın Rusiyadan ixracı və idxalı üçün istisnalar müəyyən edir.

Həmçinin oxuyun

4 ildən sonra Azərbaycanda Rusiya rublunun məzənnəsi 3 qəpiyi keçib

Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun məzənəsini 0,03 manatdan yüksək müəyyən edib. …