Cümə axşamı , May 26 2022
Ana səhifə / İqtisadiyyat / Son 15 ildə Azərbaycanda 1038 neft quyusu qazılıb

Son 15 ildə Azərbaycanda 1038 neft quyusu qazılıb

2007-ci ildən “Kompleks Qazma İşləri” Tresti ümumilikdə 1,7 milyon metrə yaxın qazma işləri aparıb və 1038 quyunu sifarişçiyə təhvil verib.

AZƏRTAC-a bu barədə SOCAR-dan məlumat verilib. Qeyd edilib ki, Azərbaycanın neft-qaz çıxarma sənayesində böyük təcrübəyə malik, axtarış-kəşfiyyat qazma işlərini və müxtəlif quyu xidmətlərini yüksək keyfiyyətlə həyata keçirən “Kompleks Qazma İşləri” Tresti 15 ildir ki, fəaliyyət göstərir.

“2007-ci ildən Xəzər dənizində yerləşən, dünyanın ən mürəkkəb yataqlarından olan “Bulla dəniz”, “Ümid”, “Günəşli”, “Neft Daşları”nda, eləcə də Azərbaycanın digər sahələrində, ümumilikdə 1,7 milyon metrə yaxın qazma işlərinin aparılması və 1038 quyunun sifarişçiyə təhvil verilməsi müəssisənin əzmkar və peşəkar komandasının uğurudur”,- məlumatda deyilib.

Həmçinin oxuyun

4 ildən sonra Azərbaycanda Rusiya rublunun məzənnəsi 3 qəpiyi keçib

Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun məzənəsini 0,03 manatdan yüksək müəyyən edib. …