Ötən ilin əvvəlinə olan məlumata görə Dövlət Neft Şirkətində (SOCAR) işləyən işçilərin sayı 48 min 870 nəfər olub.
Yeniavaz.com SOCAR-ın hesabatına istinadən xəbər verir ki, son 12 il ərzində SOCAR-da işçilərin sayı 30 min 699 nəfər və ya 38,6% azalıb. Belə ki, 12 il əvvəl – 2011-ci ilin əvvəlində SOCAR-da 79 min 569 nəfər işçi olub.
Sonrakı illərdə SOCAR-da işçilərin sayı davamlı olaraq azalmağa başlayıb. Yalnız 2018-20-ci illərdə işçilərin sayında cüzi artım olub.
2011 – 79 569
2012 – 77 140
2013 – 66 234
2014 – 61 088
2015 – 54 714
2016 – 52 104
2017 – 50 735
2018 – 50 424
2019 – 51 125
2020 – 51 695
2021 – 50 861
2022 – 48 870
