2007-ci illə müqayisədə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 5 dəfə, sənaye məhsulu 7,9 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 4,5 dəfə, kənd təsərrüfatı məhsulu 3,7 dəfə, nəqliyyat sektorunda yük daşınması 2 dəfə, informasiya və rabitə xidmətləri 3,1 dəfə, pərakəndə əmtəə dövriyyəsi 6,4 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər 4,7 dəfə artıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhali məşğulluğunun təmin olunması üzrə təkcə 2007-ci ildən 1 yanvar 2018-ci il tarixədək muxtar respublikada 46 min 717 yeni iş yeri açılıb. Bunun da 84,7%-i daimi iş yerləridir.