Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Şok: Kremlin təhlükəsizliyini bayquş qoruyacaq – Foto 

Şok: Kremlin təhlükəsizliyini bayquş qoruyacaq – Foto 

Kremlin Federal Mühafizə Xidmətinin rəsmi nümayəndəsi Sergey Devyatov sarayda “ofislərə girib kağızları pəncərədən çölə atan” qarğaları qorxutmaq üçün iki ildir “Filya” adlı bayquş əhliləşdirdiklərini açıqlayıb.

 

Axar.az xəbər verir ki, Kreml ilə bağlı yazdığı yeni kitabının təqdimat mərasimində danışan Devyatov bu təcrübənin 1973-cü ildən tətbiq olunduğunu deyib:

 

“Həmin dövrdən bəri şahin və qartallar bu işə cəlb olunmuşdu. Lakin hələ də problem həllini tapmayıb”.

 

Devyatov bayquşun bu işin öhdəsindən gələcəyinə inandığını bildirib. Onun fikrincə, bu heyvanlar arasında təbii düşmənlik var.

 

Xatırladaq ki, qarğalar həmişə Kreml sarayının “ən böyük problemlərindən biri” olaraq xarakterizə edilir. Qarğaların tarixi binaya zərər verməklə bərabər hökumət binasındakı işləri ləngitdiyi də deyilir.

 

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın