Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Şok: İran ermənilərlə Şuşada birgə film çəkir

Şok: İran ermənilərlə Şuşada birgə film çəkir

Ermənistanla İranın işbirliyi yeni məsələ deyil. Acı gerçək belədir ki, Qarabağ münaqişəsi boyu rəsmi Tehran daim işğalçı ölkə üçün bir “nəfəslik” rolu oynayıb.
İranla Ermənistanın iqtisadi-ticari, digər sahələrdə sıx əməkdaşlığı ilbəil genişlənir ki, bu da təcavüzkar ölkəni Qarabağ məsələsində daha güzəştsiz mövqeyə kökləyir. Mədəni əlaqələr də eyni qəbildəndir və güclənməkdədir.
Bu arada İranla Ermənistanın birgə film çəkilişi haqda anlaşdığı bəlli olub.
Musavat.com-un artsakh.tv.ru-a istinadən xəbər verir ki, artıq bu yöndə əsas hazırlıq işləri yekunlaşıb. Özü də filmin çəkilişləri harada aparılsa yaxşıdır? Azərbaycanın işğal altındakı qədim şəhəri Şuşada! Bu günlərdə Şuşada çəkilişlərin artıq start götürdüyü deyilir.
Filmin nədən bəhs etdiyi məlum deyil. Təqdim edilən linkdə ortaq filmlə bağlı daha ətraflı məlumat verilir. Təəssüf ki, danışıq ermənicə olduğundan təfərrüatı təqdim eləmək imkanımız yoxdur.
Mövzuya qayıdacaq, məsləyə İranın Bakıdakı səfirliyinin münasibətini öyrənməyə çalışacağıq.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …

Bir cavab yazın