Bazar ertəsi , İyun 5 2023
Ana səhifə / İqtisadiyyat / ŞOK: 2 yaşlı uşağı öldürən qadını yandırdılar – FOTO/VİDEO (18+)

ŞOK: 2 yaşlı uşağı öldürən qadını yandırdılar – FOTO/VİDEO (18+)

30 yaşlı qadın 2 yaşlı oğlanı öldürməkdə şübhəli bilinərək tutulmuşdu. Qəzəblənmiş sakinlər qadının saxlandığı polis idarəsinə hücum çəkərək onu çölə çıxarıblar.
Daha sonra isə qadını onun od vurulmuş avtomobilinə atıblar.
Milli.Az O Globo-ya istinadən bildirir ki, həddən artıq ağır yanıq xəsarətləri almış qadını təcili yardım xəstəxanaya aparıb. Bu linç zamanı 5 yaşlı Marlon Buzanqo Kampuş adlı oğlan da yanıq xəsarətləri alıb.
Olay Braziliyanın Amazonas ştatındakı Novo Aripuana şəhərində, Borba bələdiyyəsində yaşanıb.
Polisdən verilən məlumata görə, qadın 7 nəfərin olduğu binaya od vurmaqda şübhəli bilinir. Həmin yanğında 2 yaşlı oğlan həlak olmuşdu.
Polis idarəsinə hücum çəkmiş 500 yerli sakini isə hadisə yerinə çağırılmış xüsusi təyinatlı polislər və hərbçilər güclə sakitləşdiriblər.

Həmçinin oxuyun

Ekspert Mərkəzi Bankın proqnozu ilə razılaşmır: “İnfilyasiya 15 faiz olacaq”

“2023-cü ildə inflyasiya 15 faiz həddində olacaq”.  Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif …

Bir cavab yazın