Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / İqtisadiyyat /  Söhrab İsmayıl: “İran TANAP-a qoşulmaq üçün öncəliklə bu layihədə iştirak edən dövlətlərin, xüsusilə Azərbaycanın şərtlərini qəbul etməlidir”

 Söhrab İsmayıl: “İran TANAP-a qoşulmaq üçün öncəliklə bu layihədə iştirak edən dövlətlərin, xüsusilə Azərbaycanın şərtlərini qəbul etməlidir”

“İran öz xarici siyasətində müəyyən dəyişikliklərə gedərsə, gələcəkdə bu əməkdaşlığın baş tutacağını istisna etmirəm”

İran üzərindən sanksiyalar götürüldükdən sonra qonşu ölkənin Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsində (TANAP) iştirakı aktuallaşır. Bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib:
“TANAP hazırda o qədər gəlirli layihədir ki, artıq buradan pay vermək lazım deyil. Bundan sonra yalnız sata bilərik. Yaxşı qiymətlər təklif olunsa, satmaq olar. Hazırda təkliflər var. Bilirsiniz ki, İranın üzərindən sanksiyalar götürüldükdən sonra TANAP-ın gündəliyi çox yüksəlir. Bilirsiniz ki, İranın da gələcəkdə qazı olacaq və bu qazı bazarlara çıxarmaq üçün TANAP-dan başqa bir alternativ yoxdur”.
Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.
TANAP 10-11 mlrd. dollar dəyərində qiymətləndirilir.
Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti – 58%, BOTAŞ – 30%, BP – 12%.
İranın bu layihədə yer alması mümkündürmü və bu, Azərbaycana nə verə bilər?

Gənc Diplomatlar Birliyinin Türkiyə təmsilçisi Söhrab İsmayıl Azinforum.az-a açıqlamasında İranın TANAP-a qoşula biləcəyinə bir qədər pessimist yanaşdığını bildirdi: “İranın Qərblə yaxınlaşması Azərbaycanın qonşuluğunda nüvə silahına sahib yeni bir dövlətin olmaması anlamına gəlir. Bu, Azərbaycanın milli təhlükəsizlik maraqları üçün mühüm əhəmiyyət kəsb edir.
Amma İranla Qərbin anlaşması hələ başlanğıc mərhələdə olduğu üçün bunun nə qədər sürəcəyini dəqiq demək mümkün deyil
İran TANAP-a qoşulmaq üçün öncəliklə bu layihədə iştirak edən dövlətlərin, xüsusilə Azərbaycanın şərtlərini qəbul etməlidir. Məsələn, təbii qazı Azərbaycana daha ucuz qiymətə satmalıdır. Bundan başqa, İranın TANAP-a qoşulması onun Ermənistanla uzaqlaşması deməkdir. Lakin İranın Ermənistanla bağlı bu addımı atması indiki mərhələdə mümkün görünmür. Hazırkı durumda İranın TANAP-a qoşulmasını da mümkün saymıram, ancaq İran öz xarici siyasətində müəyyən dəyişikliklərə gedərsə, gələcəkdə bu əməkdaşlığın baş tutacağını istisna etmirəm”.

 

 

Həmçinin oxuyun

Suvarma şirkətini BNA ilə nə bağlayır: 3,6 milyonluq tender (SƏNƏD)

Bakı Nəqliyyat Agentliyi marşrut xətlərinin planlaşdırılması, qrafik üzrə idarə olunması üçün proqram təminatının alınmasına dair …

Bir cavab yazın