Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “SOCAR “URALS” neftindən imtina etməlidir” – Ekspert

“SOCAR “URALS” neftindən imtina etməlidir” – Ekspert

“Drujba” neft kəməri ilə nəql edilən Rusiyanın “URALS” markalı eksport neftinin dixloretanla (C2H4Cl2) zəhərlənməsindən sonra Avropa bazarlarında “URALS” markalı neftə olan müştəri marağı aşağı düşüb”.

Bunu neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Z.Vəliyev hesab edir ki, SOCAR-da bu neftdən imtina etməlidir:

“Halbuki “Drujba” neft kəmərində baş vermiş məlum hadisədən əvvəl, “URALS” Baltik dənizində FOB təslim şərti altında “Brent” etalon markalı neftə nisbətdə hər bareldə 4 dollar premiya ilə satılırdı. Kəmərdə toksik neftin aşkarlanmasından Avropa emal gücləri “URALS” markalı neftin tədarükündən imtina edirlər. SOCAR-ın Türkiyə aktivi olan “STARNEZ”-nin emala düçar ediləcək xammal bazasında “URALS” nefti yer alır. Bu neftdən imtina etsələr daha yaxşı olar”. Cebhe.info

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …