Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / İqtisadiyyat / SOCAR maye qazın qiymətini artırıb

SOCAR maye qazın qiymətini artırıb

Sentyabrın 7-də Azərbaycan Dövlət Neft Şirkətinin ( SOCAR) yanacaqdoldurma məntəqələrində avtomobillər üçün satılan maye qazın qiyməti bir litrə görə 45 qəpik olub (əvvəl 40 qəpik idi). Bu 12%-dən çox qiymət artımıdır.

SOCAR-dan Report agentliyinə qiymət artımımı təsdiq ediblər və bildiriblər ki, bütün neft məhsulları Tarif (Qiymət) Şurasının təsdiq etdiyi topdansatış və pərakəndə satış qiymətləri ilə istehlakçılara satılır.

“Avtomobil benzini və dizel yanacaqları üçün təchizat tarifi nəzərə alınmaqla pərakəndə satış qiyməti təsdiq olunduğundan respublikanın müxtəlif rayonlarında həmin məhsulların satışı eyni qiymətlə həyata keçirilir. Lakin bəzi neft məhsulları, o cümlədən maye qaz üçün təchizat tarifi nəzərə alınmadan ancaq topdansatış qiymətləri təyin edilib. Hazırda istehlakçıların maye qazla təchizatı müxtəlif sahibkarlar tərəfindən həyata keçirilir və maye qazın pərakəndə satış qiyməti həmin məntəqələrin, sahibkarların xərcləri nəzərə alınmaqla təyin edilir. Bu səbəbdən müxtəlif satış məntəqələrində topdansatış mərkəzindən yerləşmə məsafəsindən asılı olaraq pərakəndə satış qiymətlərində müəyyən fərq yaranır”,açıqlamada qeyd olunub.

VIPedu.BIZ

Həmçinin oxuyun

Dollar kreditləri ilə bağlı vacib yenilik (VİDEO)

Azərbaycanda xarici valyutada kredit, yalnız xarici valyutada gəliri olanlara və bankda depoziti olanlara veriləcək . …