Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “SOCAR Georgia Gas”da Məmmədovun yerinə Valişvili baş direktor təyin edildi

“SOCAR Georgia Gas”da Məmmədovun yerinə Valişvili baş direktor təyin edildi

Mariam Valişvili Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi “SOCAR Georgia”nın törəmə şirkəti “SOCAR Georgia Gas”ın baş direktoru vəzifəsinə təyin edilib.
Bu barədə şirkətin rəsmi saytında məlumat dərc edilib.
Məlumat üçün bildirək ki, M.Valişvili 2017-ci ildə “SOCAR Energy Georgia” şirkətinin baş direktorunun müşaviri kimi işə başlayıb.
Qeyd edək ki, daha əvvəl “SOCAR Georgia Gas”ın baş direktoru Azər Məmmədov olub. O, hazırda “SOCAR Georgia”nın müşaviri vəzifəsini icra edir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …