Mariam Valişvili Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi “SOCAR Georgia”nın törəmə şirkəti “SOCAR Georgia Gas”ın baş direktoru vəzifəsinə təyin edilib.
Bu barədə şirkətin rəsmi saytında məlumat dərc edilib.
Məlumat üçün bildirək ki, M.Valişvili 2017-ci ildə “SOCAR Energy Georgia” şirkətinin baş direktorunun müşaviri kimi işə başlayıb.
Qeyd edək ki, daha əvvəl “SOCAR Georgia Gas”ın baş direktoru Azər Məmmədov olub. O, hazırda “SOCAR Georgia”nın müşaviri vəzifəsini icra edir.
