Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / SOCAR 460,6 milyon dollar kredit alıb

SOCAR 460,6 milyon dollar kredit alıb

Hazırda SOCAR-ın xaricdən cəlb etdiyi kreditlərinin məbləği 460,6 milyon ABŞ dollarıdır.
Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir.

Sənəddə bildirilir ki, hazırda SOCAR-ın dövlət zəmanəti ilə xaricdən cəlb olunmuş kreditlərinin məbləği 460,6 milyon dollardır.

Bununla yanaşı, Azərbaycanın daxili dövlət zəmanətli borcunun tərkibinə SOCAR-ın bir sıra qaz yataqlarında qazma işləri ilə əlaqədar həyata keçirdiyi layihələrin maliyyələşməsinə verilən 321,7 milyon manat da daxildir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …