Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / “Sizi yüz “İskəndər” də xilas etməyəcək” – Məşhur ermənidən Sərkisyana ittiham

“Sizi yüz “İskəndər” də xilas etməyəcək” – Məşhur ermənidən Sərkisyana ittiham

Serj Sarkisyana yaxın KİV-lərin yeni baş nazirin və yeni hökumətin piarı ilə bağlı bütün cəhdlərinə baxmayaraq, Ermənistanda əksəriyyət onlara heç bir ümid bəsləmir.

Ermənistanda vəziyyətin yaxşılaşmasına heç bir ilkin şərtin olduğunu görməyənlərdən və bunu dilinə gətirməkdən çəkinməyənlərdən biri də məşhur kinorejissor və ictimai xadim Qrant Vardanyandır.

O, “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı yazıb: “Moskvadan Karen Karapetyan olmasın, kim gəlirsə-gəlsin, hətta Vladimir Putin özü baş nazir olmağa razılıq versə belə, yenə də qurtula bilməyəcəksiniz. Hətta Putini “Papa” deyə taclandırmağınız da sizi xilas edə bilməyəcək. Hətta 100 “İsgəndər”iniz olsa və siz onları imarətlərinizdə saxlasanız belə yenə də uduzacaqsınız. Çünki siz uduzaraq gəlmisiniz, hətta dünyaya uduzaraq gəlmisiniz və bu cür də gedəcəksiniz.

Sizin çekist ədalı, meşşansayağı dar düşüncəli və bolşevik hiyləgərli qatarınız artıq gedib. Hətta relsləri də sökülüb. Siz hamınız bir nəfərə kimi keçmişin qalıqları, öldüklərinə inanmadıqları üçün bu dünyadan köçmək istəməyən ölü ruhlarsınız.

Sizlərdən ötrü özünüz kimi meyit vəziyyətində olan Moskvadan reanimatoloqlardan ibarət xüsusi qrup göndəriblər ki, burada rus ağalarınızın ölkəni dağıtmaqla bağlı planını yerinə yetirmək mümkün olsun.

Yadda saxlayın, siz artıq yoxsunuz, sizin yerinizə isə talan etdiyniz pullar danışır, lakin bu da əbədi deyil.

İndiyədək külə dönüb özündən sonra hətta adındakı bir hərfi belə qalmayan o qədər yola salınan və gedən olub ki… Və kimlər ki, tezliklə gələcək, bir vaxtlar sizin qızıl, bolşevik dədələrinizə etdikləri kimi, sizin adınızı da yox edəcəklər ki, ölkə tarixində rəzil səhifələrdən biri silinsin…”.(Virtualaz.org)

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın