Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / “Sizi qəfəsə salaram…” – Prezident hakimləri hədələdi

“Sizi qəfəsə salaram…” – Prezident hakimləri hədələdi

Filippin Prezidenti Rodriqe Duterte Maravi şəhərində qarşıdurma ilə əlaqədar tətbiq olunan hərbi vəziyyətin əleyhdarlarını həbslə hədələyib.

Gələn həftə ölkənin Ali Məhkəməsi hərbi vəziyyətin qanuniliyi ilə bağlı qərar verməlidir.

Prezident R.Duterte bildirib ki, o, ölkədə Konstitusiya nəzarətini həyat keçirən məhkəmənin qərarı ilə hesablaşmayacaq və yalnız hərbçilərin tövsiyələrini dinləyəcək.

R.Duterte deyib: “Bu, Ali Məhkəmənin istəyindən asılı deyil. Mən onlara inanmalıyammı? Əgər mən vəziyyətin xaotik xarakter aldığını görürəmsə və siz məndən hərbi vəziyyətin aradan qaldırılmasını istəyirsinizsə, o zaman mən sizi həbs edərək, qəfəsə salaram. Biz sizinlə danışıqlar apararaq, kompromisə gələ bilərik. Lakin bu, ölkəmin maraqlarının oyuna qoyulduğu bir anda mümkün deyil”.

Xatırladaq ki, R.Duterte mayda ölkənin cənubunda yerləşən Mindanao əyalətində hərbi vəziyyət elan edib. Döyüşlərin daha gərgin xarakter aldığı Maravi şəhərində təqribən 500 yaraqlının olduğu bildirilir/Axar.az.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın