Belə bir siyasi aforizm var: “Qanun hörümçək toru kimidir – xırda
həşəratlar ilişib qalır, iri həşəratlar isə dəlib keçir”. Bəri başdan
qeyd edək ki,kifayət qədər “iri həşərat” sayıla biləcək Çin avtomobil
markalarının Azərbaycandakı rəsmi nümayəndəsi olan “Sirena Motors” MMC
müştərilərisırasından yetərincə hüquqi savada malik olmayan şəxslərə
qarşı əsassız iddialar qaldırır. Özü isə vergidən yayınır.
Məsələ
burasındadır ki, “Sirena Motors” MMC alıcıları ilə aralarında bağladığı
müqavilə, lizinq müqaviləsi yox, alqı-satqı (borc
müqaviləsi)müqaviləsidir. Alıcı avtomobilin ümumi dəyərinin əsas
hissəsini ödəyib qurtarandan sonra, yerdə qalan borcun az bir
hissəsindən şirkət bilərəkdənimtina edir, cüzi borc, gecikmə
bəhanələriylə müştəriyə qarşı əsassız məhkəmə davası açır. Həm
avtomobilin qiymətinin, həm də yerdə qalan borcun üzərinə yüksək faiz
hesablayaraq müştərinin belinə yükləyir və məhkəmədə tələblə çıxış
edərək, pulun və avtomobilin geri qaytarılmasına dair qətnamə
çıxarılmasını istəyir. “Sirena Motors” MMC hətta hüquq müstəvisində
müştərilərə qarşı iddiaları təmin edilmədiyi, avtomobilin cavabdehdən
alınmasının qanunamüvafiq və ədalətli hesab edilmədiyi hallarda belə
məhkəmə qərarlarını icra etməyə tələsmir.
Bu
cür qanunsuz hərəkətlər əməldə Cinayət Məcəlləsinin dələduzluq
maddəsinin tərkibini yaradır. Belə çıxır ki, şirkət müştərilərini
aldadaraq aralarında alqı-satqı (borc müqaviləsi) müqaviləsi bağlayıb.
Əgər belə deyilsə, adı çəkilən şirkət avtomobilin ümumi dəyərinin əsas
hissəsini ödəyən müştərini məhkəməyə niyə versin? Və yaxud, onlara qarşı
əsassız iddialar irəli sürərək avtomobili geri qaytarılmasıni niyə
tələb etsin ki? Bir çox hallarda, şirkətin müştərilərə qarşı belə
əsassız iddiaları məhkəmələr tərəfindən araşdırılmadan, müştərinin
avtomobilə görə ümumi dəyərinin əsas hissəsini ödədiyi nəzərə alınmadan,
eləcə də tərəflər – Satıcı ilə Alıcı arasında bağlanmış müqavilənin
alqı-satqı (borc müqaviləsi) müqaviləsi olduğu araşdırılmadan müştərinin
üzərinə avtomobilin, tələb olunan pulun alınıb şirkətə qaytarılması
öhdəliyi qoyulur. Belə məqamda “Sirena Motors” MMC-dən avtomobil alıb bu
cür problemlərlə üzləşən müştərilər diqqəti olmalıdırlar.
Mehmet Çoşkun
“Sirena Motorus” MMC-nin direktoru
Bəs yaxşı,müştərilərini əsassız yerə məhkəməyə verən “Sirena Motors” MMC özü necə vergi ödəyir?
Azərbaycan
Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş, Nizamnamə
əsasında fəaliyyət göstərən “SİRENA” MMC hazırda Abşeron rayon,
Bakı-Quba yolunun 5-ci km qərbində yerləşən “Autosity Abşeron” avtomobil
satış yolunun üzərində fəaliyyət göstərir. “Sirena Motors” Bakı
şəhərində Çin istehsalı olan avtomobillərin satışı ilə məşğul olur.
Avtomobillər sözsüz ki, Çin Xalq Respublikasından gömrük yolu ilə
gətirilir. Həmin avtomobillər ölkəyə keçirilərkən hər birinə
ayrı-ayrılıqda gömrük rüsumu ödənilir. Bəllidir ki, avtomobillər ölkəyə
keçirildikdən sonra qazanc əldə etmək üçün qiymətinin üzərinə müəyyən
qədər pul qoyulur. Məsələn, avtomobilin birinin dəyəri 17000 (on yeddi)
min manatdırsa, ona uyğun da vergi hesablaşmaları aparılır. Ancaq bir
çox hallarda bu belə olmur. Avtomobil ilkin qiymətinin üzərinə həddən
artıq faiz əlavə olunaraq müştəriyə satılır. Məsələn, qiymət 17000
manatdan 25000-26000 manata qədər artırılır. Elə “Sirena” MMC ilə bu
aramızdakı mübahisənin predmeti də budur.
“Bu
günlərdə, “Sirena” MMC ilə aramızda yaranmış mübahisə və əlimdə olan
alqı-satqı müqaviləsini təkirar nəzərdən keçirməyim şirkətin vergidən
yayınma hallarını ortaya çıxardı. Apardığım kiçicik bir araşdırmadan
belə qənaətə gəldim ki, sözügedən şirkət “alıcı”yla bağladığı
“alqı-satqı” müqaviləsində avtomobilin real qiymətini 8000-9000 min
manata qədər artırır. Lakin vergi hesablaşmalarını ilkin qiymətlə
aparır. “Sirena” MMC –lə aramızda bağlanmış 24 oktyabr 2014-cü il
tarixli 1135 nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında
razılaşmış qiymətə və dəyəri ödəniş cədvəlinə uyğun olaraq ödənilmək
şərtilə 1 (bir) ədəd avtomaşın alıcıya, yəni mənə satılmışdır. “MÜQAVİLƏ
ÜZRƏ AVTOMAŞININ QİYMƏTİ VƏ ÖDƏNİŞ QAYDASIN” da müqavilə üzrə
avtomaşının qiyməti 25768 (iyirmi beş min yeddi yüz altmış səkkiz) manat
müəyyən olunur. Hansı ki, həmin avtomobilin real qiyməti 17300 (on
yeddi min üç yüz) manat təşkil edirdi. Avtomaşının üzərinə yülklənmiş
faiz borcu isə vergidən gizlədilir. Bu qənaətdəyəm ki, sözügedən
şirkətdə ciddi vergi yoxlamaları aparılmasına böyük ehtiyac var.
Neyləməli?: Azərbaycan istehlakçısı aldığı malın keyfiyyətində və
qiymətində uduzursa, qoy heç olmasa dövlətimiz tutduğu vergidə
itirməsin.(RealMedia.az)
Həmçinin oxuyun
Bu bank üçün “əcəl zəngi” çalınır
“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …