Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Sinan Oğan MHP başqanlığına namizəd oldu

Sinan Oğan MHP başqanlığına namizəd oldu

Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Bağçalıya qarşı ilk müxalifət bayrağını İqdırdan keçmiş millət vəkili Sinan Oğan açdı və partiya başqanlığına namizəd olduğunu açıqladı. Azinforum.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Ankara Böyük Anadolu otelində bu gün yerli vaxtla saat 13.30-da mətbuatın qarşısına çıxacaq olan Oğan gözlənilənin əksinə namizədliyini elan edib.

MHP-nin gələcəyinə milliyyətçi-hərəkatçıların qərar verməsinin lazım olduğu vurğulayan Oğan Bağçalının, “məni idealist iradə gətirdi, idealist iradə aparar” ifadəsinə istinad edərək deyib: “Bəlkə idealist iradə yenə Dövlət Bağçalı ilə davam edəcəyəm” deyəcək. Bu iradəni əks etdirəcək zəminin yaradılması və konqresin toplanması lazımdır”.
MHP-nin gələcəyi üçün həyəcan zənglərinin çalındığına diqqət çəkən Oğan MHP-nin getdikcə iqtidara namizəd partiya olmaqdan uzaqlaşdığını dilə gətirib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın