Ana səhifə / İqtisadiyyat / Şimon Peres dəfn olundu

Şimon Peres dəfn olundu

İsrailin keçmiş prezidenti Şimon Peres sentyabrın 30-da dəfn edilib.

İsrail KİV-i xəbər verir ki, yəhudi dövlətinin 9-cu prezidenti Qüdsdə Hertsl dağında Milli liderlər xatirə xiyabanında dəfn olunub. Şimon Peresin dəfn mərasiminə dövlət və hökumət başçıları, hökumət təmsilçiləri, səfirlər, o cümlədən ABŞ prezidenti Barak Obama da qatılıb.

Qeyd edək ki, Azərbaycanı dəfn mərasimində baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Xatırladaq ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib.( “Report”)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın