Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Sığorta yığımlarının 77%-i “Paşa Sığorta”nın payına düşüb

Sığorta yığımlarının 77%-i “Paşa Sığorta”nın payına düşüb

Bu ilin yanvar ayı ərzində ölkədə fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən 139 milyon 114 min manat həcmində sığorta haqqı yığılıb.
Yığılan sığorta haqqının 76,6%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb.
“Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin topladığı ümumi sığorta haqqı 106 milyon 512 min manat olub.
Ən çox sığorta haqqı toplayan şirkətlərin ilk 5-liyini 9,2 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”, 6,9 milyon manatla “Aqrar Sığorta “ASC, 4,1 milyon manatlıq yığımla “Meqa Sığorta” ASC və 3,5 milyon manatlıq yığım ilə “Azərbaycan Sənaye Sığorta” ASC tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi, sığorta yığımlarının 93,6%-i və ya 130,2 milyon manatı adları qeyd olunan 5 şirkətin – “Paşa”, “Atəşgah”, “Aqrar Sığorta”, “Meqa Sığorta” və “Azərbaycan Sənaye Sığorta”nın əlində cəmlənib.
Bu ilin yanvar ayında ən az sığorta haqqı toplayan şirkətlər isə 260 min manatlıq yığımla “Bakı Sığorta” şirkəti olub.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …