Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / İqtisadiyyat / Sığorta yığımlarında KƏSKİN ARTIMİN SƏBƏBİ?

Sığorta yığımlarında KƏSKİN ARTIMİN SƏBƏBİ?

“Mərkəzi Bankın açıqladığı son hesabata əsasən, yanvar-avqust ayları ərzində sığorta şirkətləri tərəfindən ötən illə müqayisədə 29 faiz daha çox sığorta haqları yığılıb. Ödənişlərin həcmində isə artım 21 faizdən çox olub”.  

Bu məlumatı Bizim.Media-ya açıqlayan sığorta üzrə ekspert İlkin İbrahimov, bunu müsbət tendensiya kimi xarakterizə edib. 

Onun sözlərinə görə, hər il sığorta yığımları və ödənişləri dinamik şəkildə artmaqdadır: 

“Bu da sektorun inkişaf etdiyini göstərir. Tendensiyanın artımı özünü əsasən “Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası”nda göstərir.  

Bu da ötən il “Baus-Maus” sisteminin tətbiqi, sığorta haqlarının faktiki artımı fonunda baş verir.

Sığorta yığımları ilə bağlı müsbət tendensiya özünü “Həyatın yaşam sığortası”nda daha çox göstərir. Bu da yaxşı haldır. Ona görə ki, vətəndaşlar bu sahə ilə maraqlanmağa başlayıblar və bu, cari ildə ümumi bazarın hərəkətverici qüvvəsinə çevrilməkdədir”.  

Həmçinin oxuyun

Bu avtomobilləri Azərbaycana gətirmək mümkün olmayacaq (VİDEO)

Gələn ildən bəzi avtomobillərin ölkəyə idxalı mümkün olmayacaq. Belə ki, 2024-cü il yanvarın 1-dən 2014 …