Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Şiə lideri oğlunu xristian kişi ilə “evləndirdi” və… – Foto+Video

Şiə lideri oğlunu xristian kişi ilə “evləndirdi” və… – Foto+Video

Eynicinsli nikahın müsəlman valideynin iştirakıyla təntənəli toyla qeyd edilməsi möminlərin hədsiz qəzəbinə səbəb olub…

Kanadada şiə lideri oğlunu kişi ilə “evləndirdikdən” sonra istefa verdi.
 
Moderator.az xəbər verir ki, bu haqda Britaniyanın məşhur “The Independent” nəşri yazıb. Şimali Amerikadakı itna-aşeri şiələrinin (şiəliyin əfəri qolu) Sıddıqa adlı qadın (?)lideri öz postunu qeyri-ənənəvi orientasiyalı oğlunu təntənəli şəkildə xristian (!) kişi ilə“evləndirdiyi”nə görə müsəlmanların kəskin tənqid və ittihamlarına tuş gəldikdən sonra tərk edib. Əli(!)Rza adlı oğlunu Vankuver şəhərinin Poladlı xristian mənşəli oğlanla evləndirməsi şiə müsəlmanlarda onların dini təşkilatlarının rəhbərinə qarşı kəskin nifrət yaradıb. Əlinin müsəlman anasının  oğluna tam dəstək verməsi və toyda iştirakı dindaşlarını həddindən artıq qəzəbləndirib.
Sosial şəbəkələrdə sözügedən qalmaqallı eynicinsli evliliyi atəşə tutan “#AliandPaul2017” adlı heşteq  yayılıb. “Bu dəhşətli günah gizlicə, təklikdə edilməyib, təntənəli bayram və təşviqat formasında həyata keçirilib.  Bu da müsəlmanlığın, o cümlədən cəfəri təriqətinin aparıcı müddəalarına tamamilə ziddir”. Dini təşkilatın  bəyanatında belə deyilir.
Tənqidlərə cavab olaraq şiə lideri hesab edilən Siddiqa bildirib ki, oğlunun qeyri-ənənəvi cinsi orientasiyası ilə razılaşmağa məcbur olub. Çünki onu intihardan xilas etmək üçün İslamda qadağan olunan cinsi münasibətlərinə dəstək verməkdən savayı yolu qalmayıb…
P.S. İslami normalara görə, qadının hər hansı dini icmaya, təşkilata, məscidə və s. rəhbərlik eməsi özü anormallıqdır. Bütün bunlar Qərbin İslamı müsəlmanlara öz istədiyi kimi təlqin etməsinin nəticəsidir…
 
Sultan Laçın

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın