Şənbə , Avqust 20 2022
Ana səhifə / İqtisadiyyat / “Seyid cəddinə arxayın olan kimi, neft və qazın qiymətinə arxayın olmamalıyıq”

“Seyid cəddinə arxayın olan kimi, neft və qazın qiymətinə arxayın olmamalıyıq”

“Seyid cəddinə arxayın olan kimi, neft və qazın qiymətinə arxayın olmamalıyıq. Yeni iş yerlərinin açılmasına və büdcəyə gəlir gətirən sahələrə diqqət yetirməliyik”.

Bu fikirləri Milli Məclisin iclasında çıxış edən komitə sədri Səyavuş Novruzov söylədi. Bildirdi ki, büdcə vəsaitlərindən də qənaətlə, düzgün istifadə etməliyik. S.Novruzov müharibə veteranlarına verilən 80 manatlıq müavinətlərin 130 manata qaldırılmasını təklif etdi. Bildirdi ki, kommunal xidmət haqlarının artmasını nəzərə almaq lazımdır. “Birinci Qarabağ müharibəsi iştirakçıları ilə İkinci Qarabağ müharibəsi iştirakçıları arasında hər hansı ayrıseçkilik yolverilməzdir. Birinci Qarabağ müharibəsində 4 il sərasər vuruşan oğullar var. Silahsız, hökumətsiz qoruyurdular Vətəni. Ona görə də onların arasında fərq qoymamalıyıq”, – komitə sədri əlavə etdi.

Musavat.com

Həmçinin oxuyun

Çörəyin qiymətində artım gözlənilir

Azərbaycanda yaxın günlərdə çörəyin qiymətində artım gözlənilir. Oxu.az xəbər verir ki, artımın 5 qəpik civarında …