Ana səhifə / İqtisadiyyat / Sevgilisi ilə birgə anKARAnın qurbanı oldu – Fotolar

Sevgilisi ilə birgə anKARAnın qurbanı oldu – Fotolar

Ankara terrorunda həlak olan gənclərin həyat hekayələri hər kəsi kədərləndirib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc qurbanlardan olan 16 yaşlı Destina Pəri Parlakın partlayışdan əvvəl və sonra çəkilmiş fotosu dünəndən sosial şəbəkələrdə paylaşılır. Ən böyük xəyalı universitetə girmək olan Pəri 10-cu sinifdə oxuyurdu. Onu tanıyanlar çox çalışqan bir şagird olduğunu, sadə və dürüstlüyünə görə çox sevildiyini qeyd ediblər:

“Atası hələ o doğulmamışdan öncə vəfat edib. Həyatda anasından başqa bir tutunacaq insanı yox idi. Pəri dünyanın ən saf insanı idi. Adı kimi özü də pəri idi. Nə qədər xəyalları var idi”.

Partlayışda həyatını itirənlər arasında 20 yaşlı hüquq fakültəsinin birinci kurs tələbəsi Nusrettin Can və sevgilisi Zeynəb Başak da olub. Axşam evə qayıdan zaman dayanacaqda avtobus gözləyən gənclər dəhşətli hadisənin qurbanı olublar.

Dayanacaqda avtobus gözləyən 23 yaşlı Kərim Sağlam və 15 yaşlı Atakan Eray Özyol da terror qurbanı olub.Universitet tələbəsi olan Kərim həmin gün Eskişehirdən Ankaraya bacısını görmək üçün gəlmişdi. Hadisə baş verən zaman avtobus gözləyən Kərimin bir müddət sonra acı xəbəri ailəsinə çatıb. Bacısı sosial şəbəkədə şəklini paylaşaraq “Ciyərimi söküb getdin. O bombalar mənə gəlsəydi, mən ölsəydim, qardaşım” sözlərini yazıb.

19 yaşlı Elvin Buğra Arslan anası ilə sonuncu dəfə telefonla danışanda “avtobusa minirəm, narahat olma” deyib. Universitet tələbəsi elə avtobusa mindiyi zaman terror hadisəsi yaşanıb və Arslan həyatını itirib. Musiqi ilə maraqlanan gənc idmanın bir neçə növü ilə həvəskar məşğul olurdu.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın