AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana vilayətində baş verib. 38 yaşındakı Dənizxan Dənər 6 il imiş ki, birlikdə olduqları qız elçi getmək üçün qohumlarını evinə qonaq çağırıb. Lakin qohumların sözügedən qızla bağlı fikirləri Dənərin xoşuna gəlməyib. Qohumları qızın ona uyğun olmadığını bildiriblər. Məsələ ilə əlaqədar tərəflər arasında mübahisə yaranıb. Qohumların etirazına qəzəblənən Dənər silahı ilə evdəkilərə atəş açaraq hər kəsi qətlə yetirib. Daha sonra Dənər polisə zəng edərək qətliam törətdiyini etiraf edib və sonra özü də intihar edib. Qətliamda öldürülənlər arasında Dənərin xalaları, xalasının əri və xalası uşaqları var.